Qeydiyyat

“Qədr” surəsinin sahibi kimdir?

348


Əbu Yəhya Sənani nəql edir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurur: "Atam mənə buyurmuşdur: Əli ibni Əbutalib (ə) "Qədr" surəsini oxuyurdu. Həsən (ə) və Hüseyn (ə) də kənarında əyləşmişdi.

Hüseyn (ə) ona buyurdu: "Atacan! Bu surə (ni) sənin dilindən (eşitmək) daha şirindir".

İmam (ə) ona buyurur: "Ey Allah Peyğəmbərinin (s) və mənim övladım! Mən, onun haqqında elə şey bilirəm ki, sən bilmirsən. O zaman ki, bu surə nazil oldu, cəddin Peyğəmbər (s) mənim ardımca adam göndərdi və onu mənim üçün oxudu.

Sonra sağ çiynimə vurdu və buyurdu: "Ey mənim qardaşım və vəsim! Məndən sonra ümmətimin vəlisi! Bu surə məndən sonra sənin üçündür. Səndən sonra isə sənin övladların üçündür.

Mələklər arasından qardaşım Cəbrayil (ə) hər il ümmətimin hadisələrini mənim üçün deyərdi, nübuvvət xəbərləri kimi. Sənin üçün də deyəcəkdir. (O surə üçün) sənin qəlbində və sənin vəsilərinin qəlbində parlayan nur vardır ki, Qaimin (ə.f) (dövlətinin) doğmasına qədər (davam edəcəkdir)""".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: