Qeydiyyat

Hansı dünya?

392


Bəzən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır, dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər haqqında dərindən düşünmür.

Həzrət Əli əleyhissəlamın oğlu İmam Həsənə (ə) vəsiyyətindən

İnsan dünyanı axirətlə müqayisə etməli, onlar arasındakı fərqi müəyyənləşdirməlidir.

Dünya ləzzətləri xatirinə axirət səadətindən keçməyə dəyərmi?

Tutaq ki, insana fironlar səltənəti nəsib oldu, özü üçün ehram ucaltdı, Harun Ərrəşidin hakimiyyətini əldə etdi, xəzinəsinin açarlarını daşımaq çətin oldu ("Qəsəs", ayə 76), xəstəlik və narahatlıqdan amanda qaldı.

Məgər istənilən xoşbəxt dünya həyatını əbədi axirətlə bir tutmaq olarmı?! Axı dünya həyatı nə qədər ləzzətli ötüşsə də, müvəqqətidir.

İnsanı dünya həyatını üstün tutmağa vadar edən, dünyaya məftunluqdur.

İnsan dünya nemətlərinə, dost-tanışlara nə qədər bağlı olarsa, dünyadan ayrılmaq da bir o qədər çətin olar.

Əlbəttə ki, insan heç bir hazırlıq olmadan, tanımadığı bir yerə getmək istəmir. Amma ağılı heyrətə gətirən əbədi ləzzətləri qoyub, ötəri dünya nemətlərinə uymaq insaf deyil.

Qurani-Kərim buyurur: "Əməllərinin mükafatı olaraq, möminlər üçün necə göz oxşayan nemətlər saxlandığını kimsə bilməz." ("Səcdə", ayə 17)

Məgər müvəqqəti ləzzətə görə əbədi nemətlərə arxa çevirmək ağıllı işdirmi?! İnsan bütün dünya nemətlərinə sahib olsaydı belə, yenə də dünya axirətlə müqayisədə dəyərsiz olardı.

Çünki dünyada nə varsa, müvəqqətidir. Bundan əlavə, dünya ləzzətləri ilə çiyin-çiyinə dünya bəlaları dayanır.

Bu məsələ o qədər mühümdür ki, ona diqqətsizlik insanı əbədi cəhənnəmdə sakin edə bilər.

Bilirik ki, axirət aləmi əbədidir və hər birimiz ona qovuşasıyıq.

Vəsiyyətnamənin müraciət etdiyi şəxs axirətə inamlı şəxsdir. Amma o bu məsələni arabir xatırlayır.

Onu yaddan çıxarmamaq üçün hansısa bir iş görülməlidir. Bu etiqadı diri saxlamaq üçün keçmişdəkilərin həyatını, tarixi mütaliə etmək lazımdır.

İnsanın bütün vücudu təsdiq etməlidir ki, dünya müvəqqəti dayanacaqdır. Ona görə də Həzrət Əli (ə) "qədimdəkilərin xəbərlərini qəlbinə ərz et" -deyə buyurur.

Keçmişdəkilərin həyatından ibrət götürməklə büdrəmələrdən qorunmaq lazımdır.

Vəsiyyətin mehvəri qəlbdir. İnsan üçün əsas da qəlbdir. Səadətə çatmaq istəyirsinizsə, qəlbinizi islah etməlisiniz.

Problemlərinizi həll etmək üçün qəlbinizin problemlərini həll etməlisiniz.

Həzrətin (ə) nə üçün qəlbi mehvər seçməsini bilməyimiz yaxşı olar. Nə üçün qəlb keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?

Bəzən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır, dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər haqqında dərindən düşünmür.

Sözsüz ki, bu sayaq müşahidə heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin.

İnsan gördükləri və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona görə də keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyyə olunur.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: