Qeydiyyat

Axirət nemətlərinin dünya nemətləri ilə əsas fərqi

403


"De: "Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir"". ("Ali-İmran" 15).

Qurani-Kərmin bu ayəsində iman əhlinə xitab edilərək buyurulur ki, əgər halal ruzinizə qənaət etsəniz və haram ləzzətlərdən çəkinsəniz, başqalarına zülm etməkdən çəkinsəniz Allah sizə maddi həyatdan da üstün həyatın ləzzətini daddırar ki, hər bir eyb və nöqsandan pak və pakizədir. Allah buyurur ki, əgər təqvalı olsanız, Mənim yanımda olanlar dünyada olanlardan dəfələrlə yaxşıdır. Sonra Allah behiştdə olan bu sonsuz nemətlərin bəzisinə işarə edir.

Behişt bağları elə bir yerdir ki, dünya bağlarından fərqli olaraq ağaclarının altından axan sular heç bir zaman kəsilmir. Bu dünyanın nemətləri kimi fani və qısaömürlü deyildir, əksinə əbədi və cavidandır.

Behişt huriləri dünya gözəllərindən fərqli olaraq heç bir eyb və nöqsana malik deyildirlər.

Bəli, bütün bu deyilənlər həqiqi möminləri axirətdə gözləyən nemətlərdir. Möminlər bu nemətlərə çatmaq üçün təqvaya riayət etməlidir. Deməli, axirət nemətinə çatmağın tək yolu - təqvadır.

Bu ayədən çıxartdığımız nəticələr:

- İnsanları haqqa dəvət edən zaman onları dünya ilə axirəti müqayisə etməyə dəvət edirik.

- Behiştin davamlı olması və Allahın razılığı hara, dünyanın fani ləzzətləri hara?

- Təqvalı insanlar dünyanın bər-bəzəyinə vurulmazlar.

- Axirət nemətlərinə çatmağın tək yolu - təqvadır.

- Paklıq və pakizəlik - ən üstün dəyərdir.

- Təqva əhlinin ləzzətləri maddi həyatla bitmir, İlahi riza - ən üstün mənəvi ləzzətdir.

- Təvqalı olduğumuzu az iddia edək, çünki Allah Aqil və Bəsirdir.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: