Qeydiyyat

Tamahkarlığın gətirdiyi bəlalar

496


Başqalarının malına və dünya malına tamahkarlıq etmək insan üçün çox sayda bəlalar gətirər. Bunlardan bəzilərinə işarə edək.

1. Xarlıq.

Tamahkar insan xar və başqalarının zəlilidir. Abır və həyasını əldən verər.

Həzrət Əli (ə) buyurur: "Tamahkar bəndə elə bir dərədədir ki, heç bir zaman azad olmaz".

Başqa yerdə buyurur: "Hərislikdən uzaq olun ki, hərislik xarlığa səbəb olar".

Tamahkar insanın heç bir zaman rahatlığı olmaz. Topladığı mal-dövlətə görə həmişə əziyyət və çətinlikdə olar. Heç bir zaman istirahət etməz.

2. Rahatlığı olmaz.

Tamahkarlıq - batini bir sifətdir ki, insanı mal-dövlət toplamağa vadar edər. İmam Əli (ə) buyurur: "Heç bir zaman həris insan rahatlıq görməz". "Hərislik əziyyət miniyidir".

3. Günaha cürət edər.

Tamahkar insan malına olan hərisliyinə görə dini hökmlərə riayət etməz. Başqalarının haqqını tapdalayar.

İmam (ə) buyurur: "Heç bir şey tamah kimi insanı fasid etməz".

Sədan nəql edir: "İmam Sadiqdən (ə) soruşdum: İnsanın imanını möhkəmləndirən şey nədir? Buyurdu: "Saleh əməl".

Dedim: "O şey ki, insanı dindən xaric edər, nədir?" Buyurdu: "Tamahkarlıq"".

4. Ağır ölüm.

Dünyaya həddən artıq bağlı olmaq ölümü çətin edər. İmam Sadiq (ə) buyurur: "O kəs ki, dünyaya çox bağlı olar, ölən zaman həsrəti və qəmi çox olar".

Rəhmətlik İmam (r) bu haqda buyurur: "Dünya sevgisinin fəsadlarından biri budur ki, insanı ölümdən qorxudar. Bu qorxu dünya məhəbbətinə görədir. Bir çox ağır ölümlər, ölümə olan qorxuya görədir".

5. Çətin hesab.

O kəslər ki, tamahkarlıqla mal toplayıblar, halal və harama diqqət etməzlər. İlahi haqlara riayət etməzlər. Ağır əzaba düçar olarlar. Quran buyurur: "Mal və sərvətinizi Allah yolunda infaq və bəxşiş edin. Özünüzü həlakətə salmayın".

Peyğəmbər (s) buyurur: "Sizi cəhənnəm əhlindən xəbərdar edimmi? O kəs ki, eqoist, təkəbbürlü, həris və paxıldır".

İmam Əli (ə) buyurur: "Tamahın meyvəsi - dünya xarlığı və axirət bədbəxtliyidir".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: