Qeydiyyat

Səcdəni uzat ki, bəndəliyin şirinliyini dadasan

386


Rəbbani alimlərdən olan mərhum Mirzə Cavad Mələki Təbrizi yazır: "Həzrət Peyğəmbər (s) səcdəni uzun etməklə bağlı təkid etmişdir. Bu, çox mühüm mövzudur. Uzun səcdə - bəndəliyin nişanəsidir.

Ona görə də hər rükət namazda iki səcdə nəzərdə tutulmuşdur. Əhli-Beyt (ə) bu barədə çoxlu tövsiyələr vermişdilər.

İmam Səccad (ə) etdiyi səcdələrin birində 1000 dəfə deyərdi:

"لا اله الّا الله حقّاً حقّاً. لا اله الّا الله تعبّداً و رقّاً لا اله الّا الله ایماناً و تصدیقاً.

İmam Kazım (ə) barəsində nəql edilir ki, bəzən səcdəsi gün çıxandan zöhrə qədər çəkərdi.
Nəcəfi-Əşrəfdə təhsil aldığım zamanlarda bir müəllimim var idi ki, təqvalı tələbələr üçün mərcə sayılırdı. Ondan soruşdum ki, siz salik yolunda hansı əməli təcrübədən keçirtmisiniz? Buyurdu: Hər gecə və gündüz bir uzun səcdə yerinə yetirirəm. Səcdədə deyirəm:

لا اله الّا انت. سبحانک انّی کنت من الظالمین

"Lə iləhə illə ənt. Subhənəkə inni kuntu minəz-zalimin".
Bu zaman Allaha elə diqqət et ki, O, sənə zülmü rəva etməz, bu, sənsən ki, özünə zülm edirsən.

Hər kim uzun səcdəni təcrübədən keçirdər, onun təsirini müşahidə edəcəkdir. Xüsusilə də o kəslər ki, bu səcdəni uzun edərlər".

Beləliklə, bəndəliyin şirinliyini dadmaq istəyən, gərək səcdəsini uzatsın.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: