Qeydiyyat

Namazda gizlənən ölüm barədə düşünmək məqamı

370


Ayətullah Behcətin öz çıxış və yazılarında dönə-dönə toxunduğu mövzulardan biri də namazda gizlənmiş müqəddəs ölümü anma məqamı və ölümü düşümə məsələsidir.

Adətən insanlar ölümlə dostlaşmasalar kamillik dərəcəsinə çatdıqlarını iddia edə bilməzlər. Məhz buna görə də, Həzrət Əli (ə) Nəhcül- bəlağə kitabında sözlədiyi xütbələrindən birində buyurur:

"و الله لابن أبی طالب ءانس بالموت من الطفل بثدی أمه"

"And olsun Allaha ki, Əbu Talibin oğlunun ölümlə qurduğu ünsiyyət körpənin anasının sinəsnə olan bağlılığından daha da artıqdır".

Həqiqətdə, insanın kamal və nöqsanla olan nisbəti (yaxınlıq və uzaqlığı) onun ölümlə olan nisbət və münasibəti (yaxınlıq və uzaqlığı) ilə ölçülür. Həmin ölümü anma və onun barəsində fikirləşmək açıq şəkildə namazda yerləşdirilmiş və gizlədilmişdir.

Ayətullah Behcət bu barədə xüsusi fikirlərin müəllifidir. O deyir: "Bizim əzəmət və böyüklüyümüz yoxdur; Bizim malik olduğumuz əzəmət bu qədərdir ki, dururuq, sonra o əzəməti rükuda yarılayırıq. Sonra da səcdəyə və torpağa qayıdırıq. Bəndənin namazda qiyamı (ayaq üstə durması) bəndəçilik və qulluğunu göstərmək, sakitlik və sükutunu bildirmək rolu oynayır, yəni ki, özündən heç bir hərəkəti yoxdur. Səcdə də təvazökarlıq və tabeçiliyin ən son mərhələsidir."
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: