Qeydiyyat

Bəndəlik və ibadət iki şərtlə həyata keçər: məhəbbət və itaət

386


İslam dininin ən mühüm mövzularından biri - İlahi vacibatlara əməl etməkdir. Xüsusilə də namaza, zəkata, oruca, cihada, əmr-be-məruf nəhy-əz-munkərə. Mömin gərək namazını vaxtında qılsın.

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın vacib etdiyinə əməl et ki, təqvalı insan olasan".

İmam Səccad (ə) buyurur: "Hər kim Allahın ona vacib etdiyinə əməl edər - o, ən yaxşı insandır".

Həzrət (ə) başqa yerdə buyurur: "Hər kim Allahın ona vacib etdiyini yerinə yetirər - ən abid insandır".

İmam Sadiq (ə) buyurur: "Allah Təala buyurur: "Heç bir ibadət vacibatı əda etmək qədər bəndəmi Mənim yanımda məhbub etməz"".

Mələk Kəbədən səslənər: "Hər kim Allahın vacibatını tərk edər - Allahın amanından çıxmış olar".

Allah yolunun yolçusu gərək bir işə başlamazdan əvvəl onu tanısın, dini hökmünü və vəzifəsini bilsin. Sonra da rəftar və əməlini şəriətə uyğun tənzim etsin.

Dini vəzifəyə elm olmadan əməl etmək olmaz. Ona görə də hər bir müsəlman öz dini vəzifəsini zəruri miqdarda bilməlidir və dini maarifdən xəbəri olmalıdır.

Allah Təala buyurur: "Buna görə də, nə üçün onların hər bir cəmiyyətindən (kiçik) bir dəstə dərin elmi təhsil almaq üçün köç etmirlər ki, öz qövmlərini onlara tərəf döndükdə qorxutsunlar, bəlkə onlar (batində və əməldə) çəkindilər". ("Tövbə" 122).

İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur: "Allah Təala Qiyamət günü günahkar bəndəsinə buyurar: "Mənim bəndəm! Niyə vəzifənə yaxşı əməl etməmisən? Bilirdin və günah etdin?".

Əgər desə ki, bəli, Allah buyurar: "Niyə bildiyin şeyə əməl etməmisən?".

Əgər desə ki, bilmirdim, buyurar: "Niyə öyrənməmisən ki, yerinə yetirəsən?"".

Bəndəlik və ibadət iki şərtlə həyata keçər: məhəbbət və itaətlə. Elm olmadan itaət etmək mümkün deyildir.

Günahları tərk etmək - İlahi vacibatlardandır. İmam Səccad (ə), İmam Sadiq (ə), İmam Kazım (ə), İmam Rza (ə) buyurur: "Allahın vacib buyurduğunu tərk etmək - kəbirə günahıdır".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazı bilərəkdən tərk edər, Allahın və Rəsulunun (s) amanından xaric olar".

İmam Sadiq (ə) buyurur: "Allahın əmr etdiyini tərk etmək - küfrdəndir".

İmam Əli (ə) buyurur: "O bəndə ki, İlahi vacibatlardan birini tərk edər və ya kəbirə günahlarından birini yerinə yetirər - Allah ona rəhmət gözü ilə nəzər salmaz və onu pak etməz.

Bu cür şəxs müşrik olar və Allaha şərik qoşar. Çünki Allah bir şeyə əmr etmişdir və şeytan da ona bir şeyi əmr etmişdir. Deməli o şeyi ki, Allah əmr etmişdir - tərk etmişdir və şeytanın əmrinə üz çevirmişdir. Bu cür insan şeytana itaət etdiyinə görə cəhənnəmin yeddinci dərəcəsində şeytanla (bir yerdə) olacaqdır".

Allahın əmr etdiyi hər bir şey vacibat hesab edilir. Ancaq əsl İlahi vacibat beş əməldir: namaz, oruc, zəkat, həcc, vilayət. Əmr-be-məruf və nəhy-əz-munkər - cihadın bir hissəsidir və cihad da vilayətə tabe olur.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: