Qeydiyyat

İnsan öz mənəvi məqamını necə yüksəldə bilər?

353


Əmirəl-möminin (ə) nəql edir: "Peyğəmbər (s) merac gecəsində Allahdan soruşur: "Pərvərdigara! Ən şərəfli və üstün əməl hansıdır?".

Allah buyurur: "Heç bir əməl Mənim yanımda Mənə təvəkkül və qismət etdiyimə razı olmaq qədər üstün deyildir".

Allahın sifətlərindən biri - dərəcələri artırandır. "Yaratdıqlarının dərəcələrini yüksəldən". ("Qafir" 15).

Bəs nə edək ki, ucala bilək?

İnsanın dərəcəsinin artması onun fəaliyyətinin özünəməxsus yollarından asılıdır. Misal üçün, biri təhsildə dərəcəsini artırıb magistir olmaq istəyir. Və o, gərək əvvəlcə ali məktəbi bitirsin ki, sonra bu dərəcə üçün səy göstərsin.

Allah Təala biz insanların mənəviyyat yolunda dərəcələrimizi necə yüksəldə biləcəyimizin yollarını göstərmişdir. Onlara nəzər salaq.

1. Tövhid. "Kafirlərin sözünü alçaltdı. Uca və üstün, Allahın kəlməsidir (Onun peyğəmbərlərə kömək və dininin digər dinlərə qalib gəlməsi barəsindəki əzəli vədidir)! Allah yenilməz qüdrətli və hikmət sahibidir". ("Tövbə" 40).

İnsan əgər tövhidi məqama çatarsa, o zaman dərəcəsi yüksələ bilər. Yəni, insan əgər Allahın tək olduğuna ürəkdən inansa, heç bir varlıığın Ona təsir edə bilməyəcəyinə etiqad bəsləsə - tövhid məqamına çatmış olar.

Bu insanın mənəvi inkişafı üçün zəminələr hazır olar. Bu yolda insana yardım edə biləcək olan əməl - təvəkküldür.

İmam Rza (ə) buyurur: "Hər kim Allaha etimad edər - Allah onu razı salar. Hər kim Ona təvəkkül edər - işlərini öhdəsinə götürər. Allaha etimad etmək - möhkəm qaladır ki, ancaq mömin ona yol tapa bilər".

2. Elm. "(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!" - deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin". ("Mücadilə" 11).

Elm gərək imanla bir yerdə olsun ki, insanın dərəcəsini qaldıra bilsin. Bələm Baura elminə baxmayaraq, mənəvi olaraq süqut edir.

3. Saleh əməl. "Pak sözü isə yaxşı əməl yuxarı qaldırar". ("Fatir" 10).

Əllamə Təbatəbai buyurur: "Saleh əməlin üç budağı vardır: 1. O əməl ki, Allaha yaxınlaşmaq qəsdi ilə yerinə yetirilər. 2. O əməl ki, ona savab deyilmək səlahiyyətinə malik olsun. 3. O əməl ki, insanın əqidəsini güclü edər".

Əməlin bu mərtəbələrini bilərək daha çox saleh əməl yerinə yetirmək olar. Uçmağimiz üçün əgər saleh əməl bir qanaddırsa imanla olan elm də o biri qanaddır.

4. Quran. Hədislərimizdə oxuyuruq ki, Qiyamət günü insana deyiləcəkdir ki, Quran oxu və yuxarı qalx. Və bu əməl o zaman həyata keçər ki, dünya həyatımızda Qurana yaxın olaq.

Məsumlarımız (ə) - o insanlardır ki, ancaq Quranla aramlıq tapar və onu dərdlərinə dərman edərdilər.

5. Təvazökarlıq. Peyğəmbərimizin (s) ən üstün sifətlərindən biri - təvazökarlıq olmuşdur. Qurani-Kərim Həzrəti (s) ən böyük əxlaqa malik olan insan kimi tanıdır və onun əxlaqının fəzilətli olmasına səbəb olan sifətlərdən biri də məhz təvazökarlıqdır.

"Həqiqətən, sən(bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". ("Qələm" 4).
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: