Qeydiyyat

Niyyəti ixlaslı etmək üçün nə edək?

438


Həzrət Peyğəmbər (s) buyurur: "Möminin niyyəti əməlindən daha üstündür. Kafirin niyyəti əməlindən də pisdir. Hər əməl edən, niyyəti əsasında əməl edər".

Zeyd Hişam nəql edir ki, İmam Sadiqə (ə) dedim: "Eşitmişəm ki, demisiniz: "Möminin niyyəti onun əməlindən daha üstündür". Necə ola bilər ki, niyyət əməldən üstün olsun?".

Həzrət (ə) buyurur: "Bu səbəblə ki, o qədər əməl vardır ki, başqalarına göstərmək niyyətilə yerinə yetirilər. Halbuki, xalis niyyət Allah üçündür. Ona görə də Allah Təala niyyətə savab verər ki, həmin savab əməlin özündə olmaz"".

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: "Mömin insanın niyyəti onu cavidan behiştlik edər və kafir insanın niyyəti onun atəşə və cəhənnəmə daxil olmasını layiqli edər".

Bəs necə edək ki, niyyətimiz ixlaslı olsun?

1. Etiqadı və tanımanı gücləndirmək. İmam Əli (ə) buyurur: "Allaha yəqin, niyyətin xalis və pak olmasına səbəb olar".

Ona görə də Allahı və sifətlərini tanımaq və İlahi elmə diqqət etmək bütün rəftar və əməllərimizə, hətta niyyətimizə belə təsir qoyacaq və qəlb hüzuru əldə etməyimizə səbəb olacaqdır.

Başqa tərəfdən özümüzün nə qədər aciz və zəlil olmağımıza diqqət etməyimiz, niyyətimizin xalis olmasına yardım edəcəkdir.
Ətraflı

2. İnsanlardan ümidi kəsmək. İmam Əli (ə) buyurur: "İxlasın başlanğıcı - insanların əlində olandan ümidi kəsməkdir".

Əməllərimizin çirklənməsinin səbəblərindən biri də budur ki, insan başqalarının yardımına ümid bəsləyir. Elə bilir ki, başqa insanlar onun çətinliklərini daha rahat aradan qaldıra bilərlər.

Ona görə də Allaha söykənmək yerinə, Onun məxluquna ümid bəsləyirlər. Əgər insan başqalarına ümid etməkdən əl çəksə, niyyəti xalis olar.

3. İbadətlə məşğul olmaq. Əməldə ixlaslı olmağın yollarından biri - ibadət etməkdir. İmam Əli (ə) buyurur: "Daxilin paklığı - ibadət ağacının meyvəsidir".

4. İnsani dəyərlərə diqqət etmək. İslam dininin nəzərinə görə, insan - Allahın yer üzündəki xəlifəsidir. Mömin o kəsdir ki, özünü ancaq Allaha təqdim edər.

Çünki ancaq Allah insanın həqiqi dəyərini bilir və ona görə də onu baha qiymətə qəbul edir. Allah bəndəsinin ən kiçik xeyir işinə belə mükafat verir və onu behiştə aparır.

Allah bəndəsinin niyyətinə də mükafat verir, baxmayaraq ki, həmin niyyəti əmələ keçməmişdir. Ona görə də o kəs ki, özünü behiştdən azına satar - zərər etmiş olar.

5. Gördüyü əməlin sonuncu olduğunu təsəvvür etmək. Əgər insan düşünsə ki, gördüyü əməl sonuncu əməlidir, onu ixlasla yerinə yetirər.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: