Qeydiyyat

İkinci kəbirə günah hansıdır?

411


Allaha şirk etməkdən sonra ikinci kəbirə günah hansıdır? Belə günah ümidsizlik hesab olunur. Ümidsizlik insanın dünya və axəritini məhv və xarab edə bilər.

Ayətullah Dəstğeyb "Kəbirə günah" adlı kitabında yazır: "Aqil insan Allahdan istədiyi hacətinə görə ümidsiz ola bilərmi? Ona görədir ki, alimlər deyirlər: "Müsəlman şəxs gərək özünü kafirdən və fasiqdən daha üstün hesab etməsin. Özünü xoşbəxt və onları bədbəxt hesab etməsin.

Bəlkə halı belə olmalıdır ki, əgər İlahi lütf və tövfiq mənim üçün davamlı olarsa və həmin halda ölərəmsə, bu zaman həmin kafirdən üstün hesab olunaram".

İnsanlıq mərtəbəsində tərəqqi etməkdən ümidsiz olmaq - ümidsizliyin nişanəsi olmasa da, mömin gərək heç belə bir ümidsizliyə də qapılmasın. Belə düşünməsin ki, insanlıqda tərəqqi etməsi üçün ona misal üçün, cavanlıq və iti zəka lazımdır. Və əgər tarixə nəzər salsaq, görərik ki, bu deyilənlərin heç birinə malik olmayan insanlar olub və var. Belə ki, onlar İslamın bəyəndiyi ali dərəcəyə nail olmuşdular. Fəzl ibni Əyaz, Bərhəm Nəsrani kimi insanlar buna misal ola bilər.

Əgər insan Allahı qüdrəti, kərəmi, elmi ilə dərk edər və bütün aləmlərin yaradanı kimi tanıyar - ümidi ancaq Allaha olar".

Allah Təala bizləri ümidsizlikdən Özü qorusun.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: