Qeydiyyat

Ən üstün sədəqə hansıdır?

388


Nəql edirlər ki, bir gün bir yoxsul insan İmam Sadiqdən (ə) yardım istəyir. Həzrət (ə) ona 400 dirhəm verib yola salır. Ancaq sonra bir nəfəri onun dalınca göndərib, həmin şəxsi geri qaytarır.

Üzüyünü əlindən çıxardıb, ona verir və buyurur: "Bu üzüyün qiyməti on min dirhəmdir. Nə zaman ehtiyacın olsa, onu elə bu qiymətə sat".

Həmin insan soruşdu: "Bəs niyə üzüyü mənə ilk dəfə gələndə vermədiniz?".

Həzrət (ə) buyurdu: "Peyğəmbər (s) buyurmuşdur: "Ən üstün sədəqə odur ki, ehtiyacı olan insanın ehtiyacsızlığına səbəb olasan"".

Həzrət Peyğəmbər (s) buyurur: "Səxavətli insan, Allaha, insanlara və behiştə yaxındır".

Ona görə Həzrət, Hatəm Tayinin vəfatından sonra oğluna buyurur: "Səxavətli olduğu üçün, ondan ağır əzab götürülmüşdür".

İmam Əli (ə) buyurur: "Səxavət - insanların sevgisinə səbəb olar və insanın əxlaqını bəzəyər".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: