Qeydiyyat

Dünyadakı tək vəzifəmiz olan Allahın rizasını qazanmaqın yolu

433


Dünyadakı tək vəzifəmiz olan Allahın rizasını qazanmaqın yolu - İmam Sadiqin (ə) hədisi

İnsan uca yaradanın məxluqudur. Yəni Allahın yaratdığı bir varlıqdır. Hər bir yaranmışın bir yaradılış hədəfi və yaradıldıqdan sonra bir vəzifəsi olur. Bu danılmaz bir həqiqətdir. Belə olan halda insanın da bir yaradılış hədəfi və dünyada bir vəzifəsi olmalıdır.

Qurani Kərim insanın yaradılış hədəfinin Allahı tanıması olduğunu bildirir:

وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

Mən cinləri və insanları yalnız Mənə ibadət (bəndəlik) üçün yaratdım! (Zariyat-56)
Bəndəlik ümumi mənada Allahı tanımaq, qul olmaq, itaət etmək,tabe olmaq mənasındadır. Bəli, Qurana əsasən insanın yaranış hədəfi Allahı tanıması, Onu təsdiq etməsi, dünyadakı tək və yeganə vəzifəsi isə Allahın rizasını qazanmaqdır.

Bütün yaxşı işlərin son zirvəsi ilahi rizadır. Hər hansı bir iş zahirən yaxşı görünə bilər, yaxud pis iş kimi anlaşıla bilər. Əsas olan Allah rizasını qazanmasıdır. Çünki bütün işlərin yetişə biləcəyi ən son zirvə və ala biləcəyi nə üstün mükafat məhz ilahi rizadır:

"Dön rəbbinə, sən Ondan, O səndən razı halda!" (Fəcr-28)

İmam Sadiq (ə) Allah rizasına yetişmək üçün 3 əsas diqqət olunmalı mətləbi bəyan edir. İmam (ə) insanın əsas yaradılış vəzifəsi olan "ilahı rizanı" 3 kəlmədə cəm etsədə, bu kəlmələr demək olar ki, insanın bütün həyatını əhatə edir:

"Bu 3 şey bəndəni Allanın rizasına yetişdirir:

Çoxlu bağışlanma diləmək və günahların etirafı - (Təbii ki insan bunu etmək üçün Allahın mərifətinə (tanımaq), özünün kiçikliyinə agahlığı olmalıdır, Allahın hesab çəkən olması, axirətə inam, cənnət və cəhənnəmə inam, Allahın dünya işlərinə nəzarəti və bir çox amillər...)

Təvazökar olmaq - (Bu bir əxlaqı dəyərdir ki, həm fərdin şəxsi mənəvi inkişafına, həm də cəmiyyətin sağlam formalaşmasına xidmət edir.)

Sədəqə və xeyir işlərin çoxalması - (Bu 3-cü amil də özündə bir çox məsələləri ehtiva edir ki, bunlara həm ibadətlər, həm də bir çox insanı davranışlar şamildir. Ömrünü bu kimi işlərə sərf edən insan təbii ki, bərəkətli ömür sürmüş bir insandır.)
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: