Çox sözlər eşitdim çox sözlər duydum
Sanma ki,hər baxışa, bağlanıb uydum
Gah Məcnun,Gah Kərəm gah Fərhad oldum
Özüm özlüyümdə özüm olmuşkən .....
Suallar verməyə ,çox düzüm- düzüm
İnsaf et qalmayıb,canımda dözüm
Bircə xahişim var,sənədir sözüm
Qeyrisi lazım döy,tək sən varmışkən,
Andım xəyalımda hər an hər gecə,
Nədən sözlərimi almırsan vecə,
Bir sözü etibsən adət sadecə,
Deyərək sən mənə elə demişkən,