Sənə bağlanıram..
Səni sevmək üçün sənin məni sevməyini istəyirəm.
Yalnız məni sevməyini…
Yaşadıqlarımız yaşayacaqlarımızdan az olmalı.
Sənə bağlanıram..
Səni sevmək istəyirəm.
Hüznlə keçən günlərimə inad, işdə mən də sevilirəm deməyi və
o xoşbəxtlik dənizində səninlə üzməyi istəyirəm.
Sənə nələr verə bilərəm bilmirəm. Amma səndən nə brilyant bir üzük,
nə samur bir kürk, nə yat, nə qat… səndən səni istəyirəm.
Sənə bağlanıram..
Məni sevməyini istəyirəm yalnız sevməyini.
Sənə eşqi ürəyimdə yaşatmaq istəyirəm.
Səni içimə həbs etdiyimdə, yazdığın hər hərfin bizi anlatmasını…
Mənə hər gəlişində, məni bir əvvəlkindən çox sevməyini istəyirəm.
Vuran hər dəqiqənin sənin adını xatırladığım an olmasını istəyirəm.
Sevda hesabları etmək istəyirəm;
daha çox sevsin, daha çox sevsin, daha çox….
Sənə bağlanıram..
Mən sənin məni sevməyini istəyirəm.
Səninlə girdiyimiz sevmə yarışında həmişə məğlub olmağını və hər
yenilişinde qazanmaq üçün məndən çox sevməyini….
Hər sarılışında həsrətəni, hər darıxdığında sarılmağını.
Və məni sevməyini istəyirəm. Məndən belə çox.
Sənə bağlanıram..
Səni sevmək istəyirəm.
Yalnız sevmək üçün sevmək. Sənə gəlmək istəyirəm…
Mən sən olmaq istəyirəm. Amma mənim olduğun qədər.
İstərsənmi bilmirəm amma səni sevmək istəyirəm.
Və sənin məni məndən çox sevməyini istəyirəm.
Sənə bağlanıram..
Söyləsənsəyə məchul sevdam;
səndən çox şeymi istəyirəm?
Bəlkə eqoizmdi bu bilirəm. Amma mən tək səni istəyirəm.
Sevdalıların həmişə sən ilə mən olmasını istəyirəm.
Sən kimsən bilmirəm.
Amma səni sevirəm.
Sənə bağlaniram..
Oxsar Xeberler: