"Bir şəkil min sözü ifadə edə bilər," deyiminin çox əsaslı səbəbi var. Biz bəzən hisslərimizi ifadə etmək üçün vizaul görüntülərə çox ehtiyac duyuruq, sözlər bu hallarda kifayət etməyə bilir.
Şəkillərdə görəcəyiniz yaşlı cütlüyün də bir maraqlı ənəsəsi var idi. Onlar hər mövsüm öz xudmani və gözəl həyəti olan evlərinin qarşısında dayanır və eyni tipli şəkli çəkdirirdilər. Bu şəkillərdə onların nəsə deməklərinə ehtiyac qalmır, hər şeyi - sevgi, mərhəmət, birlikdə keçirdikləri həyatı siz bu şəkillərdən hiss edə bilirsiniz. Sizə həmin qalereyaya baxmağa dəvət edirik. Lakin sonuncu şəkil üçün hazır olun, həyatın hər simasını görmək insanın boynuna düşən məsuliyyətlərdən biridir.