Qeydiyyat

Allahın qəzəbinə kimlər səbəb olar

401


1. O kəslər ki, tövhidlə bağlı höcətləşərlər. "Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra, Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır".("Şura" 16).

2. Allahın nişanələrinə küfr edərlər. "Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər". ("Bəqərə" 61).

3. O kəs ki, müsəlmanı bilərəkdən öldürər. "Kim bir mömini qəsdən öldürsə (və bu əməli halal hesab etsə), onun cəzası cəhənnəmdir ki, orada əbədi qalacaqdır. Həmçinin Allah ona qəzəb edər". ("Nisa" 93).

4. Nemətə küfr edənlər. "Sizə verdiyimiz pak (maddi və mənəvi) ruzilərdən bəhrələnin və həmin istifadədə (şəriət və ağılın buyurduğu) həddi aşmayın ki, (əgər aşsanız) sizə Mənim qəzəbim nazil olacaqdır". ("Taha" 81).

5. O kəs ki, döyüş meydanında düşmənə arxa çevirir. "Onlara arxa çevirən kəs mütləq, Allahın qəzəbini özünə qoşmuşdur". ("Ənfal" 16).

6. O kəslər ki, imandan sonra kafir olurlar. "Qəlbi imanla rahatlıq tapdığı (və imana bağlı) halda (küfr deməyə) məcbur olan şəxs istisna olmaqla, kim imanından sonra Allaha küfr etsə (hər kafirə deyil,) öz sinələrini küfrlə şad edib genişləndirənlərə Allah tərəfindən bir qəzəb və böyük bir əzab vardır". ("Nəhl" 106).

7. O kəslər ki, Allaha sui-zənn edər. "Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!". ("Fəth" 6).

8. İlahi peyğəmbərləri (ə) öldürənlər. "Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər". ("Bəqərə" 61).


9. Əhli-kitabdan küfr edənlər. "Beləliklə, onlar (Allah tərəfindən) qəzəb üstündən qəzəbə düçar oldular. Kafirlər üçün xaredici bir əzab vardır".("Bəqərə" 90).

10. Münafiq kişi və qadınlar. "Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb". ("Fəth" 6).

11. Müşrik kişi və qadınlar. ("Fəth" 6).

Beləliklə deyə bilərik ki, əgər itaətsizlikdən əl çəksək, İlahi qəzəbə düçar olmarıq.
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: