"İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi". ("Ali-İmran" 67).
İmam Sadiq (ə) buyurur: "İbrahimin ibadət və bəndəliyi pak və xalis niyyətlə yerinə yetirilmişdir, xalisliyinə heç bir şey qarışmamışdır".
Bəli, bu xalis ibadətdir və bu ibadətə şeytan şərik deyildir. O ibadətə ki, şeytan şərik olar, havayi-nəfsi qarışar, müşrikcəsinə bir ibadət olar. İxlas dairəsindən çıxan ibadət xalis deyildir.
Allah Təala buyurur: "Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: "Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!"". ("Yasin" 60).
"Nəfsi istəklərini öz tanrısı etmiş (ağıl, fitrət və millətlərin qəbul etdiyi Allahı öz nəfsi istəklərinə uyğun gələn həddə aşağı endirən) kəsi gördünmü? Yoxsa sən onun (doğru yola gəlməsi və ya axirət əzabından qorunması) işlərini düzəldəcəksən?!" ("Furqan" 43).
İslam Peyğəmbəri (s) buyurur: "Allah rəhmətindən uzaqdır o kəs ki, pul və sərvətə pərəstiş edər".
İnsan gərək nəfsinə hakim olsun, nəinki nəfsi ona hakim olsun. İnsan nəfsinə deyil, Allaha pərəstiş etməlidir. Xoş olsun o kəslərə ki, ancaq Allaha görə ibadət edər və duaları ancaq Allah üçün olsun. İbadətinə qeyri-haqqı qarışdırmasın. Allahı qeybət, töhmət, şeytani nidalar və maddi mədəniyyətin səsləri ilə yaddan çıxartmayın. Nəinki dilin, hətta qəlbin belə Allahı zikr etsin. Qəlbin başqalarına verilən nemətlərə görə nigaran olmasın. (Erfan)
İmam Həsən Əsgəri (ə) buyurur: "Əgər bütün dünyanı bir tikə etsələr, mən o tikəni Allaha xaliscəsinə ibadət edən kəsin ağzına qoysam, mənə belə gəlir ki, onun haqqını verməmişəm. Əgər dünyanı kafirə qadağan etsələr ki, aclıq və susuzluqdan ölüm ayağına düşər, sonra ona bir qurtum su içizdirsəm, mənə elə gəlir ki, israf etmişəm".
İmam Cavad (ə) buyurur: "İbadətlərin ən üstünü - əməldə ixlasdır".
Həzrət Fatimədən (s.ə) nəql edirlər: "Qadın və kişidən hər kim mömindirsə və layiqli iş görərsə, təbiidir ki, onu pak və pakizə həyatla dirildərik. Gördüyü ən yaxşı əmələ görə mükafat verərik". "Şübhəsiz o kəslər ki, qəlb və canları ilə xaliscəsinə desələr ki, bizim Pərvərdigarımız Allahdır və sonra əməl meydanında bu həqiqətə mətanət göstərər, mələklər ona nazil olar və deyərlər: "Qorxmayın və qəmgin olmayın. Sizə vəd verilmiş behiştə müjdə var".
İnsanın xalis ibadəti bərzəxdə rahat olmasına və İlahi nemətə qərq olmasına səbəb olar.
İmam Sadiq (ə) buyurur: "İman əhlinin ruhları bərzəxdə behişt otaqlarındadır. Onun yeməklərindən yeyər və içəcəklərindən içərlər. Orada bir-biri ilə görüşərlər. Deyərlər ki, Allahım! Bizim üçün Qiyaməti bərpa et ki, bizə verdiyin vədinə vəfa edəsən".
İnsan əgər ibadət və bəndəlik həyatını yaşamırsa, deməli heyvandan heç bir fərqi yoxdur. Bu cür insanın yeməkdən və içməkdən başqa heç bir işi yoxdur. İnsana dünya və axirət səadətini gətirən həyat - ancaq xalis ibadət və bəndəlik həyatıdır. İbadət bəndə üçün bahar mehi kimidir. Necə ki, bahar mehi təbiətə yeni can verir, ibadət də insanlıq torpağında daima gözəl toxumlar cücərdər. İnsanı Rizvan behiştinə və İlahi qürbə hazır edər.