Bağrımın başına dərd yığa-yığa,
Yetiş imdadıma sən özün, Ağa.
Qıydılar qocaya, qıza, uşağa,
Səsimi duyursan niyə dinmirsən,
Hardasan ya Hüseyn, hardasan Həsən?
Hər yer Aşuradır, hər yer Kərbəla,
Baxanda düşürəm mən haldan hala.
Bu necə müsibət, bu necə bəla?
Rüqayə səslədi, niyə dinmirsən,
Hardasan ya Hüseyn,hardasan Həsən?
Cağlasın ürəklər ağlasın gözlər,
Var olsun "Ya Hüseyn" səsləyən dillər.
Əhli beyt daima sizlə fəxr edər,
Zülmətli gecənin gündüzü sənsən,
Hardasan ya Hüseyn,hardasan Həsən?
Müəllif:Seymur Sönməz Paşayev