Qeydiyyat

Ümmül-Bənin kimdir

912
Ümmül-Bənin kimdir


Cəmadius-sani ayının 13-ü (Fevralın 19-u) imam Əlinin (ə) həyat yoldaşı və həzrət Əbülfəzl-Abbasın (ə) anası Ümmül-Bəninin vəfat günüdür. Elə bu məqsədlə, onun həyatı ilə bağlı qısa məlumatı əziz oxucularımızın diqqətinə çatdırırıq:

Adi Fatimə, künyəsi Ümmül-Bənin (Oğullar anası), atası Hizam, anası isə Şəmamə və yaxud Leyladır. Bəni-Kilab qəbiləsindəndir. Həmçinin onun nəsli bir neçə vasitə ilə Peyğəmbəri-Əkrəmin (s) ulu babası Əbdü-Mənafa çatır. O, imam Əli (ə) ilə evlənmiş və bu evlilikdən dörd oğul dünyaya gəlmişdir: Şücaət nümunəsi həzrət Əbülfəzl-Abbas (ə), Abdullah, Osman və Cəfər. Hər dörd oğul Kərbəla faciəsində imam Hüseynin (ə) rikabında şəhadətə yetmişdir. Təqribən, 70 yaşında ikən vəfat etmiş və Mədinə şəhərinin "Bəqi" qəbiristanlığında torpağa tapşırılmışdır.

Tarixdə onun doğum tarixi barədə dəqiq məlumat verilməmişdir. Amma onların qeydlərinə görə, Ümmül-Bəninin 26 yaşında ikən, böyük oğlu həzrət Əbülfəzl-Abbası (ə) dünyaya gətirmişdir. (Bəzi tarixçilər də onun təqribən, 5-ci hicri ilində dünyaya gəldiyini ehtimal vermişlər.)

Tarixdə göstərilir ki, həzrət Ümmül-Bəninin ata-babaları, eləcə də dayıları İslamdan öncə ərəblər arasında şücaət, qəhrəmanlıq və igidliklə tanınırmışlar. Tarixçilər onların döyüş zamanı göstərdikləri şücaət və qəhrəmanlıqları xüsusi vurğulamışlar. Ərəblərin ən böyük nəsəbşünası Əqilin öz qardaşı imam Əliyə (ə) dediyi söz bu mətləbə şahiddir: "Mən ərəb tayfaları arasında Ümmül-Bəninin ata-babaları kimi şücaətlisini tanımıram." ("Qəməri Bəni-Haşim", Əbdürrəzzaq Müqərrəm, səh.9.)

Xanım Fatimeyi-Zəhranın (s.ə.) şəhadətindən sonra, imam Əli (ə) ərəb tayfalarını yaxşı tanıyan qardaşı Əqilə belə buyurur:

اُنْظُرْ لِى اِمْرَأَةً قَدْ وَلَدَتْها الْفُحُولَةُ مِنَ الْعَرَبِ لِاَتَزَوَّجَها فَتَلِدَ لِى غُلاماً فارِساً

"Mənə ərəblərin şücaətli nəslindən bir zövcə tap ki, mənim üçün ondan igid və şücaətli oğul dünyaya gəlsin." ("Umdətut-talib", İbn Ənbə, səh.357.)

Əqil, Fatimə Kilabiyyəni məsləhət görür və imam Əli (ə) onun seçimi ilə razılaşır. İmam Əli (ə) qardaşı Əqili Ümmül-Bəninin atasının yanına göndərir. Ata bu mübarək vüsala razı olsa da, qızı və qızın anası ilə məsləhətləşmək istəyir. O, qızı və həyat yoldaşının otağına daxil olmaq istədikdə, qızının öz anasına gördüyü yuxunu danışdığını eşidir: "Ana can! Yuxuda gördüm ki, merli-meyvəli bir bağda əyləşmişəm. Bağın içində çaylar axır, ay və ulduzlar parlayırdı. Mən də gözümü onlara dikmişdim və Allahın yaratdıqları haqda düşünürdüm. Bu zaman ay göydən enib qucağıma düşdü, onun nurundan gözlərim qamaşdı. Heyrətdə ikən, digər dörd nur da qucağıma düşdü."

Ümmül-Bəninin atası Hizam ibn Xalid yuxunu eşitcək xoşhal oldu və qızını müjdələyərək dedi:

لَقَدْ حَقَّقَ اللَّهُ رُؤْیاكِ یا بُنَیتِى فَاَبْشِرِى بِسَعادَةِ الدُّنِیا وَالْآخِرَةِ

"Qızım! Allah-Taala sənin yuxunu gerçəkləşdirdi. Səni dünya və axirət səadəti ilə müjdələyirəm."

Sonra həyat yoldaşı Şəmaməyə dedi: "Qızım Fatiməni ("Ümmül-Bənini) həzrət Əliyə (ə) layiq bilirsənmi? Bil ki, onun evi vəhy, nübüvvət, elm, hikmət, ədəb və əxlaq evidir. Əgər qızını bu evə layiq bilirsənsə, bu mübarək vüsalı qəbul edək!"

Həyat yodaşı Şəmamə dedi: "Ey Hizam! Mən onu yaxşı tərbiyə etmişəm və Allahdan istəyirəm ki, onu xoşbəxt eləsin!..."

Beləliklə, onlar iftixarla Əqilə öz razılıqlarını bildirdilər və Ümmül-Bəninlə imam Əli (ə) arasında həmişəlik nikah bağlandı. ("Umdətut-talib fi ənsabi ali-Əbi Talib", səh.34; "Biharul-ənvar", 42-ci cild, səh.74.)

Ümmül-Bənin, həm imam Əli (ə) ilə birgə yaşadığı dönəmdə, həm də o həzrətin şəhadətindən sonra ədəb-ərkanlı, ismətli və iffətli, səmimi və fədakar həyat yoldaşı idi. O, özünü imam Əlinin (ə) xanım Fatimeyi-Zəhradan (s.ə.) olan övladlarının xdimətçisi hesab edir, həqiqi bir ana kimi onlara qayğı göstərir və qulluq edirdi. Tarixdə göstərilir ki, imam Əli (ə) ilə ailə həyatı qurduqdan sonra imam Əlidən (ə) istəyir ki, onu əsl adı ilə (Fatimə) yox, Ümmül-Bənin çağırsın və beləcə, Həsən və Hüseyn onun əsl adını öz atalarından eşidəndə, anaları xanım Fatimeyi-Zəhranın (s.ə.) başına gətirilmiş acı xatirələri xatırlamasın, anasızlıq əzabını hiss etməsinlər. ("Əl-Əqilətu vəl-Fəvatim", Hüseyn Şakiri, səh.118.)

Onun "Aşura" faciəsindən sonra dörd oğlunun şəhadət xəbərini eşitdiyi zaman dilinə cari etdiyi məşhur cümləsi onun böyük məqamını aşılayır, Kərbəla tarixinin səhifələrini zinətləndirir. O, 34 yaşlı həzrət Əbülfəzl-Abbasın, 24 yaşlı Abdullahın, 21 yaşlı Osmanın və 19 yaşlı Cəfərin şəhadət xəbərini eşitdikdə, yalnız zəmanəsinin imamının, şəhidlər sərvəri imam Hüseynin (ə) halını soruşur. ("Qəməri Bəni-Haşim", Əbdürrəzzaq Müqərrəm, səh.19.)
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: