Avstraliyada yaşayan iki rəfiqə - 26 yaşlı Cessika Bell və 30 yaşlı Ameliya Lasetter uşaqlıq arzularını gerçəkləşdiriblər.
Onlar "Disney" studiyasının çəkdiyi məşhur "Kiçik su pərisi" ("The Little Mermaid") animasiya filmini çox sevirdilər və günlərin birində su pərisi olmaq istəyirdilər.
indi Cess və Ameliya "su pəriləri"dir. Onlar şoularda məhz belə çıxış edirlər.
Silikon "su pərisi" quyruğunun dəyəri isə 2 min dollardır.
Avstraliyanın Pert şəhərində doğulmuş rəfiqələrin dediklərinə görə, akvaşoularda "su pərisi" obrazında çıxış etmək, hətta köpəkbalıqları ilə yanaşı üzmək onlara ləzzət verir.
"Arzularımızı gerçəkləşdirdik. Çox razıyıq", - Cessika Bell söyləyib.