80 il birgə yaşayan cütlük yenidən toy etdi
1936-cı ildə evlənən 102 yaşlı Song Kinqlin və 99 yaşlı Sonq Lişi maddi vəziyyətlərinin yaxşı olmadığı üçün toy edə bilməyiblər.
Çinin Anhui şəhərində yaşayan, bir-birini sevən cütlük, evləndikdən 80 il sonra ənənəvi toy paltarlarını geyinib və şəkillər çəkdiriblər.
Toy etmək onların ürəklərində hər zaman bir arzu olaraq qalıb.
Evliliklərinin 80-ci ildönümünü qeyd edən romantik cütlüyə xəyallarını gerçəkləşdirməyinə könüllü gənc kömək edib.
Sosial mediada hər kəsin rəğbətini qazanan yaşlı cütlüyün 6 uşağı və 4 nəvəsi var.
Eyni evdə 4 fərqli nəslin yaşadığını ifadə edən yaşlı cütlük, həyatlarından razı olduqlarını bildirib.
Oxsar Xeberler: