Qeydiyyat

Müsəlman süpürgəçiyə qızıllar sel kimi axdı

1 074
Müsəlman süpürgəçiyə qızıllar sel kimi axdı


Bu qocanın fotosunu Twitter-də paylaşan adam onu aşağılamaq, təhqir etmək istəmişdi. Lakin tamamən əks effekt alındı.

65 yaşlı Naser əl İslam Əbdül Kərim banqladeşlidir. On minlərlə həmvətəni kimi o da Səudiyyə Ərəbistanında miqrant kimi yaşayır, ağır işdə çalışır.

Naser süpürgəçidir, Ər-Riyad şəhərindəki ticarət mərkəzlərindən birində işləyir.

Günlərin birində o, işlədiyi, daha doğrusu, döşəmələrini süpürüb yuduğu ticarət mərkəzindəki süperlüks zərgərlik dükanlarından birinin qarşısında duraraq həsrətlə və kədərlə vitrinə baxırdı.

Vitrində yüz minlərlə, milyonlarla dollarlıq zinət əşyaları vardı.

Həmin anda alıcılardan biri Naseri görüb və vitrinin qarşısında durmuş süpürgəçinin fotosunu çəkərək İnstagram-dakı profilində paylaşıb.

Foto "Vitrinə elə baxır ki, sanki qarşısında həmişə təmizlədiyi zibil var" təki aşağılayıcı, təhqiramiz yazı ilə müşayiət olunmuşdu.

Bu paylaşımı Səudiyyə Ərəbistanının məşhur iş adamlarından biri, xeyriyyəçi Abdulla əl Qətani görüb.

O, Twitter-dəki "Ensaniyat" profilində həmin fotonu yayıb və təqibçilərinə müraciət edib: "Lütfən, bu insanı tapaq, ona yardım edək, könlünü alaq. Kimsə süpürgəçi işlədiyinə görə, kasıb olduğuna görə aşağılana bilməz".

Əl Qətaninin açıqlaması Səudiyyə Ərəbistanındakı sosial şəbəkələrdə "bomba partlayışı" effekti yaradıb.

Minlərlə insan fotodakı şəxsi aramağa, onun kimliyini təyin etməyə çalışıblar.

Sonucda bəlli olub ki, zərgər dükanının vitrininə qüssə ilə baxan adam 65 yaşlı Naser əl İslam Əbdül Kərimdir.

"Fotonu yayandan sonra minlərlə telefon zəngi, mesaj aldım. Üç saat sonra telefonumda artıq 6 mindən artıq mesaj vardı. İnsanlar bu adama yardım etməyimi istəyirdilər. Kimi qızıl-zinət əşyaları, kimi pul, kimi iPhone, kimi paltar təklif edirdi. Hətta düyü şirkətlərindən biri kisələrlə düyü hədiyyə etməyə hazır olduğunu yazdı. Sonda o adamı tapdıq. Hədiyyələri ona çatdırdım", - əl Qətani yazıb.

65 yaşlı banqladeşliyə on minlərlə dollar dəyərində qızıl-zinət əşyaları, mobil telefonlar, paltar, böyük məbləğdə pul bağışlanıb.

65 yaşlı Əbdul Kərim kövrəlib.

"O anda yanımda işıq saçdı. Sən demə, şəklimi çəkmişdilər. Bilmirdim ki, fotom sosial şəbəkələrdə yayılıb. Hədiyyələrə görə hamıya minnətdaram. Allah sizə yar olsun!" - Əbdül Kərim söyləyib./
Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: