Qeydiyyat

Gülümbaharın faydaları

1 472
Gülümbaharın faydaları


Gülümbaharın faydaları

Gülümbahar bitkisi kraliça Marqarita tərəfindən çox sevildiyi üçün onun şəxsi bağıda yetişdirilib. İndi Lüksemburqda kraliçanın heykəli var. Heykəl əlində 1 dəstə gülümbahar çiçəyi tutub. Bu çiçək kraliça Maqaritanın sevimlisi olduqdan sonra məşhurlaşıb.
Gülümbahar çiçəyinin müalicəvi xüsusiyyətləri XII ərdən elmə məlumdur. Gülümbahar Astrakimilər fəsiləsinə daxildir. O ən çox Aralıq dənizi sahillərində, Asiyada və Qərbi Avropada yetişir. Bu çiçək Aralıq dənizi sahillərində, Cənubi Amerikada, yaxın Şərqdə yabanı halda bitir. Gülümbahar dütün dünyada dərman bitkisi kimi tanınır.
Gülümbaharın gövdəsi 90 sm-ə qədər böyüyə bilir. Kökü ətrafa doğru qol budaq atır, sıra ilə yarpaqları çıxır. O tək çiçək açır, çiçəkləri 8 sm diametrə kimi böyüyə bilir və səbət şəklində olur. Gülümbaharın çiçəkləri tünd sarı və narıncı rəngdə, daxilə doğru isə qırmızı olur. Gülümbahar çoxillik bitki olub, narıncı və tünda sarı rəngli çiçəkləri ilə göz oxşayan bitkidir. Onun yarpaqları gövdənin hər iki tərədindən çıxır, çiçəklərinin ləçəyi isə sıra ilə düzülü şəkildə, toxumları 3 sırada təkərəbənzər formada olur. Gülümbaharı çəçəkləyən zaman bağ qayçısı il kəsib götürürlər. Onu xüsusi qaydada, quruducuda hər tərəfindən quru hava dəyməsi üçün asırlar. Qurudulan zaman havanın tempraturu 50*-dən çox olmamalıdır. Qurudulan zaman bitkini öz təbii rəngini saxlamağa nail olmaq lazımdır. Gülümbaharı dərdikdən sonra 7 gün müddətində qurutmaq lazımdır. Qurumuş gülümbharı 13 ay müddətində saxlamaq mümkündür. Gülümbaharı yazın ilk günlərində əkmək lazımdır. Bu zaman onun toxumları daha yaxşı cücərir. Cücərtilərin arasında isə 65-70 sm məsafə olmalıdır. Toxumlar ən azı 4 sm dərinliyə əkilməlidir. Bu bitki istisevər bitkidir, açıq və gün şüaları düşən yerdə daha yaxşı əmələ gəlir. Yaxşı böyüməsi üçün onu gün düşən yerdə əkmək və vaxtaşırı sulamaq lazımdır. Onun təzə sıxılmış şirəsindən çillərin aradan qalxması üçün istifadə edilir. Gülümbahar çiçəklərində qida sənayesi üçün rəngləndiricilər alırlar.
Gülümbahar bitkisinin faydaları
Gülümbahar bitkisinin yarpaqlarından, çiçəklərindən, bəzən də kökündən istifadə edilir. Onun tərkibində aktiv alkaloidlər, likopen, sitraksantin, kialoksantin, rubikksantin, fitonsidlər, flavoxrom, favonoidlər, saloninlər, triterpediollar, kalendulozid qlikozidi var.
Gülümbahar çiçəkləri stomatitlər, hepatitlər, angina, parodontaz, xolisistit və nevroz zamanı çox faydalıdır. O spazmolitik və qıcolma əleyhinə təsirə malikdir. Xalq arasında gülümbaharı öd və sidik kisəsi daşlarını əritmək məqsədilə istifadə edirlər. Onun təzyiqsalıcı və öskürək əleyhinə də təsiri vardır. Mədə spazmları, ürək nevrozları, yanıqlar, yaraların sağalması, irinli və gec sağalan yaraların müalicəsi üçün faydalı olduğu dəfələrlə öz təsdiqini tapıb. Gülümbahardan eqzemalar, dermatitlər, dəri yaraları, öd kisəsi xəstəliklərinin müalicəsi zamanı da geniş istifadı edilir.
Bolqar həkimləri gülümbahar dəmləməsinin xərçəng xəstəliyinə qarşı təsir göstərmək qabiliyytinə malik olduğunu söyləyirlər. Onlar bunu süd vəzi və dərinin bədxassəli xərçəng xəstələrinə gülümbahar tətbiq etdikdən sonra təsdiq ediblər. Xalq təbabətində gülümbahar dəmləməsindən saçların möhkəmlənməsi üçün istifadə edilir. O mikrob, iltihab əleyhinə təsir göstərir, yuxusuzluq zamanı, burun qanaxmalarında, yaddaşın möhkəmləndirmək məqsədilə də istifadə olunur. Soyuqlama, diatez və akne xəstəliklərində də gülümbahar dəmləməsindən istifadə etməyin faydası böyükdür.
Gülümbaharı sirkədə saxlayıb tüklərin töküldüyü nühiyələrə sürtdükdə keçəlləşmə aradan qalxır. Gülümbahar çayı dadlı olmaqla bərabər, mədə yaralarının, qastritin, ateresklerozun, qara ciyər xəstəliklərinin, diatezin sağalmasına yardım edir. Onun dəmləməsi yaraların və səpgilərin sağalmasına, quru çiçəkləri isə yanıqların, uşaqlıq yolu eroziyasının, qinqvitin, proktitin müalicə olunmasına səbəb olur.
Gülümbahar dəmləməsinin zərərli xüsusiyyətləri
Gülümbahar tərkibli preparatlardan təzyiqi aşağı olan xəstələr istifadə edərkən ehtiyyatlı olmalıdırlar. Yüksək allergik həssaslığı olan xəstələr də bu preparatlardan istifadə etdikdə diqqətli davranmalıdırlar.
Bolme: Saglamliq
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: