Çiçək “Burç FM”dən çıxdı
[i]1994-cü ildən “Burç FM”də radio DJ-i kimi tanınan Çiçək 18 illik iş yerini tərk edib. “Qafqazinfo”ya daxil olan məlumata görə, artıq o, ölkənin ən gənc radiosu olan “Araz FM” radiosunda çalışacaq.
Çiçək yeni radioda bundan sonra öz adı ilə fəaliyyət göstərəcək. Çiçək təxəllüsünü dəyişməyinin səbəbini belə izah edib: “Radioda 13 yaşımdan fəaliyyətə başlamışam. O vaxt uşaq olduğum üçün məni “Çiçək” çağırırdılar. İmicimdə dəyişiklik etməyə qərar vermişəm. Vakkas oğlumun adıdır və bu dəyişikliyə onun adı ilə başlamaq istəyirəm. Tanınmış DJ “Xəzər” televiziyası ilə dostluq şəraitində ayrıldığını deyib. Oranı tərk etməyimin yeganə səbəbi “Araz FM”dən gələn təklif oldu. İnanıram ki, ikimiz də bir-birimizə xeyir gətirəcəyik”.
Şəhla Vakkas Ramazan ayından etibarən axşam 20:00-22 :00 arası “Araz Fm” də olacaq.[/i]
Oxsar Xeberler: