Qeydiyyat

Əriyin faydaları

1 300
Əriyin faydaları


Ərik enli gövdəyə malik, çox da hündür olmayan ağacda yetişən meyvədir. Ərik sarı, sarı-qırmızı, sarı-narıncı rəngdə olur və üstü nazik şəffaf qabıqla örtülür. Əriyin yarpaqları 4-9 sm uzunluğunda, meyvəsinin forması isə yumurtayabənzər olur. Onun həm çiçəkləri, həm də meyvələri gözəl, dekorativ görüntüyə malik olur. Ərik mülayim iqlim qurşağında yetişən bir meyvədir. Onun çiçəkləri yaz aylarında havalar isinən kimi 7-9 gün müddətində açır, amma, havalar kəskin soyuyarsa çiçəklər soyuğa davamsız olur.
Ərik ağacı işığı və istini sevir, 50 il müddətində və daha artıq yaşaya bilir.
Əriyin kalori dəyəri
100 qram ərikdə 42 kKlori var. Bu meyvə hətta artıq çəkidən əziyyət çəkn adamlar üçün belə təhlükəli sayılmır. Amma, ərik qurusu(qaysı)piylənmədən əziyyət çəkənlərə məsləhət görülmür. Belə ki, 100 qram qaysıda 232 kKalori var.
Əriyin Tərkibi:
- 100 qram əriyin qida dəyəri
- Zülallar - 0,9 qram
- Yağlar - 0,1 qram
- Karbohidratlar - 9 qram
- Su - 86 qram
- Kaloriliyi - 42 kKal.
Ərikdə 10,5% şəkər, limon və alma turşusu, nişasta, B, C, H, E, P vitaminləri, çoxlu miqdarda A vitamini, dəmir, gümüş, kalium, fosfor, maqnium var. Onun tərkibində olan mikroelementlər, dəmir və yod birləşmələri orqanizm üçün çox faydalıdır. Bu səbəbdən də davamlı olaraq ərik yemək qalxanvari vəz xəstəliklərinin əlamətlərini azaldır. Yodun orqanizmə lipotrop və antixolesterin təsirini nəzərə alarsaq bu meyvənin orqanizm üçün nə qədər faydalı olduğunu təyin etmək mümkündür. Əriyin tərkibində olan pektin maddəsi orqanizmdə maddələr və xolesterin mübadiləsini sürətləndirir. Ərik qanda hemoqlabinin miqdarını artırır, orqanizmin hərəkət qüvvəsini yüksəldir. Qanitirmədən və qan azlığından əziyyət çəkənlərə ərik çəyirdəyi yemək məsləhət bilinir. Ərik meyvəsi ürək-damar, sinir sistemi, böyrək xəstəliklərindən, piylənmədən əziyyət çəkənlər üçün əla qida vasitəsidir. Ərik kompotu qəbizlikdən əziyyət çəkənlər üçün ən yaxşı dərman vasitəsidir. Ərik yemək yaddaşın möhkəmlənməsinə və beyin fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Kiçik ölçülü əriyin acı çəyirdəyi belə insan orqanizmi üçün çox faydalıdır.
Qaysının(ərik qurusu) faydasından isə qədim zamanlardan xalq təbabətində istifadə edilib. Ərik çəyirdəyinin tərkibi şaftalı və badam çəyirdəyinin tərkibinə çox yaxındır.Ərik yağının 20%-ni linolen turşusu təşkil edir. Bu yağı işıq düşməyən yerdə saxladıqda xarab olmur. Ondan bir çox tibbi dərmanların hazırlanmasında istifadə edilir. Ərik şirəsindən orqanizmin turşuluğu aşağı olduğu zaman, bağırsaq xəstəliklərində geniş istifadə edilir. Ərik yağı bakteriasid təsirə malikdir.
Gün ərzində 0,75 stəkan ərik şirəsi içmək orqanizmin vitaminlərə olan bütün tələbatını ödəyir. Şərq təbabətində ərikdən bronxit, astma, laringit, traxeit və nəfəs yollarının bütün iltihabi xəstəliklərində istifadə edilir. Ərik aşağıdakı xəstəliklərin sağalmasında böyük rol oynayır:
-anemiya
-avitaminoz
-qəbizlik
-təzyiq
-pilənmə
-qan azlığı
-ürək-damar xəstəlikləri
-turşuluğun azalması
-xolesterin
-yaddaşsızlıq.
Ərik toxumu aşağıdakı xəstəliklərin sağalmasına yardım edir:
-bronxitlər
-bronxial astma
-laringit
-traxeit
-yuxarı tənəffüs yollarınınkataraktı.
Acqarına ərik yemək məsləhət deyil. Ət və düyü yeməklərindən sonra da ərik yemək olmaz. Belə ki, bu zaman həzm prosesi çətinləşir və maddələr mübadiləsi zəifləyir.
Qastrit zamanı ərik yemək mədənin turşuluğunu artırır. Qaraciyər və mədəaltı vəzi xəstəlikləri zamanı da çox ərik yemək məsləhət sayılmır.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: