Sevgidə Yaşın Fərqi Yoxdur
İlhamə Quliyevanın "İncitmə qəlbimi" mahnısının sözləri yəqin ki, çoxlarına yaxşı tanışdır: "Yaşın nə fərqi var, sevirəm səni...". Lakin hər birimizin sevə-sevə dinlədiyimiz, yeri gəldikcə zümzümə etdiyimiz bu mahnının sözləri reallığa çevriləndə reaksiya nədənsə başqa oldu. 32 yaşlı xanımla 18 yaşlı bəyin evlənmək xəbəri cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Amma indiyə qədər kişilər yaşca özlərindən çox kiçik xanımlarla evlənəndə bu cür reaksiyalar çox da nəzərə çarpmırdı.
18 yaşlı bir şəxsin azad qərar vermək hüququ dünyanın bir çox ölkələrindəki kimi bizdə də qorunsa da, sosial şəbəkələrdə oğlanın xanımdan çox kiçik olması müzakirə mövzusuna çevrildi. Bu cür ailənin uzunömürlü olmayacağını, ailədə mütləq şəkildə kişinin böyük olmasının vacibliyini dilə gətirənlər də tapıldı. Bəs əslində sevgidə və ailə qurulmasında yaşın önəmi nə dərəcədədir?
İki nəfər bir-birini sevirsə...
Psixoloq Elnur Rüstəmov qəzetimizə açıqlamasında bildirdi ki, konkret olaraq mediada müzakirə edilən məsələ ilə bağlı danışsaq, yaşın heç bir fərqi yoxdur. Əgər iki nəfər bir-birini sevirsə, bir yerdə xoşbəxt olacaqlarını düşünürlərsə, buna mane olmağın özü cinayətdir: "Tərəflərdən hansısa evli olsaydı, qınağı bəlkə də başa düşmək olardı. Amma subay adamların ailə qurmalarında problem axtarmaq düzgün deyil. Evlənən cütlüklər arasındakı yaş fərqinin ictimai müzakirəyə bu formada çıxarılması doğru bir şey deyil. O mənada ki, şəxsi münasibətlər bu formada ictimai müzakirəyə çıxarıldıqda insanlarda bir-birinə qarşı inam itir, zaman keçdikcə bizim öz psixologiyamıza mənfi təsir göstərməyə başlayır.
Ona qalsa, peyğəmbərimiz də özündən yaşca çox böyük xanımla ailə qurmuşdu. Bu, bizim düşüncəmizdə var. Məsələnin bu formada qoyulması, xüsusilə də 32 yaşlı müəllimənin şagirdlə evlənməsi kimi işıqlandırılması düzgün deyil. Oğlan artıq şagird deyil. Bu, müəllim nüfuzuna bir zərbədir. Şəxsi münasibətlərlə bağlı həssas davranmaq lazımdır. Şəxsi münasibətlərin işıqlandırılması şüuraltı infeksiyadır. Bu, insanlara pis təsir göstərir".
"Sevgidən fərqli olaraq, evlilikdə yaşın rolu var"
E.Rüstəmov deyir ki, psixologiyada xanımların özlərindən böyük kişilərə, kişilərin isə özlərindən böyük xanımlara meyil etməsi halları var: "Qızların yaşca böyük kişiləri sevməsi Elektra, kişilərin isə özlərindən böyük xanımlara meyil etməsi Edip kompleksi adlandırılır. Ziqmund Freydə görə, oğlanlarda özlərindən yaşca böyük xanımlara maraq yaranması daha çox ana, xanımların isə özlərindən böyük kişilərə aşiq olması ata qayğısı, nəvazişi istəmələri ilə bağlıdır. Onlar öz natamamlıqlarını bu formada doldurmağa çalışırlar. Amma bu da normaldır".
Psixoloqun sözlərinə görə, sevgidən fərqli olaraq, evlilikdə yaşın rolu var: "Psixologiyada belə qəbul olunub ki, kişi qadından yaşca böyük olsa daha yaxşı olar. Ailə məsuliyyətini daşımaq, həm də xanımın güvənməsi baxımından yaş önəmlidir. Xanım kişiyə güvənməlidir. Yaş müəyyən maneə, kompleks, narahatçılıq yarada bilər. Amma əksini gördüyümüz ailələr də olur. Bu cür ailələrin necə olmasını zaman göstərir".
Kişilərin xanımdan yaşca kiçik olduğu ailələrin qısamüddətli olması barədə fikirlər haqqında danışan E.Rüstəmov dedi ki, bunu tam olaraq meyar kimi götürmək düzgün sayılmaz: "Tərəflərdən birinin yaşının az olduğu zamanda sonralar müəyyən problemlər yarana bilər. Amma bu cür zamanlarda qabaqlayıcı tədbirlər görmək lazımdır. Yeniyetməlik dövrünü ailə məsuliyyəti ilə keçirmələri nəzərə alınmalıdır. Xanımın böyük olduğu ailələrin tez dağılması məqamlarını görmüşük. Amma burada fakt kimi kişinin böyük olduğu nə qədər ailələrin dağılmasını qarşıya qoya bilərlər. Əsas olan münasibətlərin sağlam qurulmasıdır".
Ailədə yaş uyğunluğu
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, cəmiyyətdə çox sürətlə dəyərlərin dəyişməsi prosesi baş verir. Yaş fərqinin çox olduğu ailələr Qərb cəmiyyətində çoxdan var: "Bu cür filmlər də çoxdur. Bu gün yaş fərqi olan evliliyi qınayanlar İlhamə Quliyevə neçə illər "Yaşın nə fərqi var" oxuyanda niyə münasibət bildirmirdilər? Məsələnin bu cür şişirdilməsini doğru hesab etmirəm".
Sosioloq deyir ki, ailədə çox böyük yaş fərqinin olması normal deyil. Amma iki şəxs sevib evlənibsə, bunu ictimailəşdirib müzakirəyə çıxarmaq doğru deyil: "İstənilən hal cəmiyyətdə ahəngi pozursa, bunu təqdir etmirəm. Ailədə yaş uyğunluğunun olmasının tərəfdarıyam. Amma əgər artıq iki nəfər evlənibsə, bu, onların müstəqil qərarıdır və buna hörmətlə yanaşmalıyıq".
İnsanın dörd əsas yaş forması var
Sosial psixoloq Nail Cəlil isə bildirdi ki, sevgidə və evlilikdə ən vacib, mühüm amil münasibətin, hisslərin qarşılıqlı olması, tərəflərin bir-birini anlayışlı şəkildə, ciddi qəbul etməsidir. Amma yaşın da təsiri, rolu, əhəmiyyəti kifayət qədər böyükdür: "Sovet dönəmində formalaşmış ənənəyə görə, ailədə tərəf müqabillərinin yaşca yaxın olması təqdir edilirdi. Bu ənənə postsovet ölkələrində, o cümlədən Azərbaycanda öz üstün təsirini qoruyub saxlayır. Eyni zamanda, psixologiyada uzun müddət evlilikdə kişinin xanımından 5-7 yaş böyük olması psixoloji uyğunluq üçün optimal hədd hesab edilirdi. Bu onunla əsaslandırılırdı ki, qadın psixologiyası kişi psixologiyasına nisbətən daha mürəkkəbdir və normal halda hər bir xanım yetkinlik, evlilik yaşına çatdıqda öz həmyaşıdı olan bəyləri psixoloji cəhətdən azı 7-8 yaş qabaqlayır, üstələyir".
N.Cəlil deyir ki, ümumiyyətlə, inkişaf psixologiyasında insanın dörd əsas yaş forması qeyd edilir. Bunlar da bir-birindən fərqlənə, üst-üstə düşməyə bilər. Bunlardan ən sabiti təqvim yaşı və ya xronoloji yaşdır, insan doğulduğu gündən vəfat etdiyi ana qədər olan təqvim müddətini ifadə edir. İkincisi, orqanizmin bioloji cəhətdən hansı yaş həddində olmasıdır: "Yəni 25 yaşlı adam bəzən bioloji cəhətdən 35 yaş həddində, 45 yaşlı bir şəxs isə əksinə, bioloji cəhətdən 33 yaşda ola bilər. Üçüncüsü, psixoloji yaşdır ki, o da çox tez-tez təqvim yaşından fərqlənir, bilavasitə psixoloji yetkinlik səviyyəsi ilə bağlıdır. Dördüncüsü, sosial yaş - ətrafdakı insanların sizə və başqalarına verdiyi yaşdır".
Yaş fərqi həddindən artıq çoxdursa...
Psixoloqun sözlərinə görə, yaş fərqi şəraitdən, tərəf müqabillərinin dünya görüşündən, psixoloji, fizioloji yetkinliyindən, sağlamlığından, sosial statusundan asılı olaraq onların münasibətlərinə həm müsbət, həm də mənfi təsir edə bilər. İstənilən halda müəyyən yaş fərqi hisslərə, düşüncələrə, ailə qurub birgə yaşamaq arzusuna mane olmursa, bunu müsbət hal kimi dəyərləndirmək gərəkdir: "Ola bilər ki, kimsə öz həmyaşıdı ilə ailə qursun, amma xoşbəxtliyini tapa bilməsin. Bu həm xanımlara, həm də bəylərə aiddir. Bunun əksi də mümkündür, istisna deyil. Arada müəyyən yaş fərqinin olmasına baxmayaraq, hər iki şəxs bir-birini anlayır, tamamlayırsa, ortada ciddi, saf, səmimi bir sevgi, bağlılıq varsa, bu artıq həmin şəxslərin psixofizioloji cəhətdən uyğunluğunu, yaxınlığını göstərir.
Əgər statistikaya müraciət etsək, bütün dünyada bir-birini sevən, evlənən xanımlar və bəylər çox vaxt yaşca yaxın olurlar. Aralarında olan yaş fərqi çox vaxt 4-5 yaşı keçmir. Yaş fərqinin həddən artıq böyük olması (məsələn, 25, 30, 40 yaş) sevgidən daha çox məqsədli, təmənnalı evliliyə işarədir. Digər tərəfdən, belə hallar cəmiyyətdə çox da yaxşı qəbul edilmədiyindən onları şişirtmək, qabartmaq da doğru deyil. Çünki kimisə şüurlu seçiminə, şəxsi həyatı ilə bağlı qərarına görə yerli-yersiz qınamaq doğru deyil".

Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Oxsar Xeberler: