Ailədə münaqişə etmək qaçılmazdırmı
Bir çoxları düşünür ki, ailədə münaqişə problem deyildir, hər bir ailədə belə şeylərin olması adidir. Guya həyat yolunu dava etmədən getmək mümkün deyildir. Amma nəzəri bildirmək və dava etmək - çox fərqli şeylərdir. İnsan ailədə öz nəzərini söyləməyə ehtiyac duyur, əsk halda həyat mənasız və duzsuz olar. Əgər ailə həyatı şirin olarsa, onu dava ilə "duzlamağa" ehtiyac olmaz. Ailə üzvləri bir-biri ilə dava edib, sonra isə barışan zaman sanki hansısa bir yer boş qalmış olar. (Tebyan)
o zaman ki, ailə həyatınızda şirinlik yoxdur və siz də "duz"un ardınca gedirsiniz, bu, heç də yaxşı yol deyildir. Çünki bəzən "duz qabı" insanın əlindən elə yerə düşür ki, "duz" hər yerə həddindən artıq dağılır və onu yığıb toplamaq çox çətin olur. Ona görə də bu məsəlin üstündən xətt çəkmək lazımdır. Onun yerinə həyatımızın şirin olması üçün çalışmalıyıq.
Davanı evinizdən uzaqlaşdırın. "Sən mənə nə dedin və niyə dedin?" kimi sözləri yığışdırın. Hər bir dava ilan kimi rabitələrimizə sarılıb onu süst edər.
Bəs ailədə davadan necə çəkinə bilərik?
- Çalışın ki, ailə qurandan sonra aranızda olan anlaşılmamazlıqları həll etmək üçün müəyyən zaman təyin edəsiniz. Bu proqrama nizamlı şəkildə əməl edin. O zaman ki, bir-birinizdən küsürsünüz, həmin təyin etdiyinz vaxtda bu məsələni həll etməyə çalışın. Məsələn, cümə günü axşamını bu məsələlər üçün ayıra bilərsiniz.
- Həyata olan baxışınızı dəyişin. Evlilikdən əvvəlki röyalarınızı kənara qoyun. Həqiqi həyata dönün və bunu qəbul edin ki, hamımızın nöqsanları və eybləri vardır.
- Özünüzü kontrol etməyi bacarın. Bu qabiliyət hər bir kiçik anlaşılmamazlığın davaya çevrilməsinə mane olacaqdır. Bu qabiliyyət sayəsində əsəbləşən zaman özünüzü kontrol edə biləcəksiniz. Sonradan peşman olacağınız rəftarı etməyəcəksiniz.
- Ailə həyatından müəyyən qanunlar qoyun və onlara əməl etməyə çalışın. Əgər hər ikiniz qərara alsanız ki, götürdüyün şeyləri öz yerinə qoyacaqsınız və evin təmizliyinə riayət edəcəksiniz, bu bəhanə ilə bir daha kiçik və ya böyük davalar etməyəcəksiniz.
Bəli, hər birimiz ailə həyatımızı şirin də edə bilərik, duzlu da. Çalışaq ki, bu müqəddəs ocağı hər cür sarsıntıdan və büdrəmələrdən qoruyaq.