Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:
1. Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: "Hər bir yaxşı iş - sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir".
2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: "Pisliyi və şəri yerinə yetirməmək - sədəqədir".
3. Özün üçün sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: "Dilini saxla, çünki dili büdrəmədən qorumaq - sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən".
4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: "Pakizə söz - sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım - sədəqədir".
5. Susuza su vermək. İmam Sadiq (ə) buyurur: "Ən yaxşı sədəqə - ürəyi yanan susuzlara su vermək və onları sərinlətməkdir. Hər kim ciyəri yanan susuz insana və ya heyvana su içizdirərsə, Allah Qiyamət günü ona kölgə salar".
6. Zəiflərə yardım etmək. İmam Kazım (ə) buyurur: "Sənin zəif və gücsüz insana yardımın - ən yaxşı sədəqələrdəndir".
7. Övladına mehribanlıq etmək. Həzrət Peyğəmbər (s) bir kişidən soruşur: "Oruc tutmusan?". Deyir: "Xeyr". Buyurur: "Xəstəni ziyarət etmisən?". Deyir: "Xeyr". Buyurur: "Cənazəni müşayiət etmisən?", Deyir: "Xeyr". Buyurur: "Yoxsula yemək vermisən?". Deyir: "Xeyr". Buyurur: "Evinə qayıt və əhli-beytinə məhəbbət göstər ki, bu sədəqənin savabına malik olacaqdır"".