Qeydiyyat

Yaxşılıq etmisənsə, özünə etmisən

1 722
Yaxşılıq etmisənsə, özünə etmisən


Yaxşılıq etmisənsə, özünə etmisən

Yaxşı insan olmaqdan qorxmamalıyıq. Yaxşılıq bu dünyada itmir. Aləmin hesab və kitabı dəqiqdir. Gizli şəkildə yaxşılıq etsək belə, əmin olaq ki, yenə də təsiri böyük olacaqdır. (Tebyan)

təxminən 1400 il əvvəl İslam dövləti təşkil olan zaman Həzrət Peyğəmbər (s) böyük imperatorlara məktub yazır. İran padşahı Xosrov, Həzrətin (s) məktubunu parça-parça edir. Bir müddət keçməmiş səltənəti dağılır.
Roma papası Həzrətin məktubunu öpür və gözünün üstünə qoyur. Təxminən 200 ildən sonra nəvəsi sonuncu İmamın (ə) anası olur.
İctimai həytada heç bir əməl aradan getməz və nəticəsi bizə təsir qoyar. Quran buyurur ki, əgər yaxşılıq etmisənsə, özünə etmisən. Əgər pislik etmisənsə, yenə də özünə etmisən.
"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir". ("Zəlzələ" 7-8).
Bu dünyada etdiyimiz heç bir əməl, heç bir hərəkət, dediyimiz heç bir söz məhv olmaz, qalıcıdır. Niyyətimiz hər nə olursa-olsun, hər bir əməl bizə tərəf qayıdar.
Ona görə də yaxşı insan yaxşıdır, yəni yaxşı əməl görər. Heç kimə minnət qoymaz, əməli özünə fayda verər. Pis əməl sahibi isə hər bir əməli ilə özünə ziyan vurar.
Yer kürəsinin harasında olursansa ol, Allahın bu qanunu dəyişməzdir. Bu dünyada baş verən hər bir şey hesab olunmuşdur. Bir-biri ilə bağlıdır. Əgər hər bir yaxşı əməli fərəc niyyəti ilə yerinə yetirsən, yenə də faydası özünə qayıdar. Susuzu fərəcin niyyəti ilə sirab et, yetimə bu niyyətlə mehribanlıq göstər, yolunda olan hər bir yaxşı işi bu niyyətlə gör. Bəlkə qeyb düyünü bu kiçik işlərimizlə açılar.
İmamın (ə.f) fərəci olarsa, bizim bütün çətinliklərimiz həll olar. Elm inkişaf edər, iqtisadiyyat tərəqqi edər, insanların ağılı kamilləşər, insanlar günahdan çəkinər, məzlumun haqqı zalımdan alınar, Həzrətin (ə.f) bayrağı altında qərar tutar, insanların arasındakı xəstəlik aradan gedər, şeytanın boynu vurular.

Bolme: Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: