Senisevirem.az xəbər verir ki, PKK terrorçusu Salih Necar adlı şəxs, 06 FB 3157 nömrə nişanlı avtomobili İzmirdən kiralayaraq Ankaraya gəlib. O, avtomobilə partlayıcılar yerləşdirib. Daha sonra isə avtomobili həbri maşınlar keçərkən partladıb. Hadisə nəticəsində əsgər və hərbinin mülki xidmətçiləri daxil olmaqla 28 nəfər şəhid olub, 61 nəfər ağır yaralanıb. Yaralılar 32 təcili tibbi yardım maşını ilə 14 fərqli xəstəxanaya çatdırılıb.
Terror hadisəsi ilə bağlı araşdırma davam edir.