Bakıda DƏHŞƏT: 14 yaşlı qızını boğub öldürdü
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
SENİSEVİREM.AZ xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Z. Cəfərova 11 illik həbs cəzası verilib.
Hadisə ötən il baş verib. Sabunçu rayonunda yaşayan Z. Cəfərova evində 14 yaşlı qızı Ehsanə Cəfərovanı münaqişə zəminində boğaraq öldürüb. Qadın qızını öldürdüyü barədə ilk olaraq qonşulara xəbər verib və onlardan polis çağırmağı rica edib.
Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəfərova öz qızını (onun 3 uşağı var) hirsindən şarfla boğub. Qız anasına zorlandığını deyərək ondan kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Ana istintaqa bildirib ki, belə bir biabırçılığa dözə bilməyib, ona görə də cinayətə əl atıb. Hazırda rayon prokurorluğunda fakt üzrə araşdırma aparılır. Züleyxa Cəfərova ilə bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Oxsar Xeberler: