Senisevirem.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində 20 nömrəli məktəbin yeni tikilən binasından düşən dəmir boru bir nəfərin ölümünə, digərinin yaralanmasına səbəb olub. Qadınlardan birinin başı əzilib və o, qanitirmədən yerindəcə keçinib.
Digər qadın isə ağır yaralanıb. Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir. Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxənaya aparıblar.
Onların kimliyi barədə hələlik məlumat yoxdur. Hüquq-mühafiz orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.