Amerika Birləşmiş Ştatlarının Ankaradakı səfirliyi növbəti dəfə terror xəbərdarlığı ilə çıxış edib.
Senisevirem.az saytının məlumatına görə, səfirliyin saytında bununla bağlı bəyanat yayımlanıb.
Bəyanatda, 17-21 mart tarixində keçiriləcək Novruz şənliklərində hər hansı terror riskinin olmasınna görə, Amerika vətəndaşlarına xəbərdarlıq edilir.
“Novruz şənlikləri 20 martda Ankara, İstanbul, İzmir və Adanada keçiriləcək. Martın 21-də isə Diyarbakırda geniş bayram tədbiri olacağı gözlənilir. Dinc nümayişlər qarşıdurma və zorakılığa çevrilə bilər”,-deyə bildirən səfirlik ABŞ vətəndaşlarını təhlükəsizliklərini qorumağa çağırıb.
Qeyd edək ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktı baş verib. Terakt nəticəsində 37 nəfər həyatını itirmişdi. Hadisəyə görə PKK ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması məsuliyyəti öz üzərinə götürüb.
Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfirliyi Ankaradakı qanlı hadisədən 2 gün öncə- martın 11-də öz vətəndaşlarına terror xəbərdarlığı etmişdi.