Bərəkət və sülh kimi dəyərlərin simvolu olan zeytun sağlamlıq cəhətdən də olduqca faydalı qidadır. Ramazan ayında həm iftarda, həm də imsakda süfrələri bəzəyir.
Mütəxəssislər deyir ki, orucu xəfif, qidalandırıcı və həzmi asanlaşdıran zeytunla açmaq olduqca faydalıdır. Orucu zeytunla açmağın sağlamlığa üç böyük faydası:
- İştahanı açdığı və tox saxladığı üçün rahat şəkildə doymağınıza kömək edəcək.
- Zeytun həzmi asanlaşdırır. Xüsusilə, mədə problemi olanlar 5-6 ədəd zeytun yeməlidir.
- Zeytunun digər faydası baş ağrısının qarşısını almasıdır. Xüsusilə, Ramazan ayında aclıq hissi ilə yaranan baş ağrılarının qarşısını almaq üçün zeytun yeyə bilərsiniz.