8 saatlıq toxluq hissi - yaradır
Sağlamlıq mütəxəssisi Pr.Dr. Oğuz Özyaral etdiyi açıqlamada oruc tutan şəxslərin mümkün olduqca bədənin su ehtiyacını qarşılayacaq qidalar yeməsini məsləhət görüb.
Pomidorun bir çox faydası olduğunu bildirən Özyaral “ pomidor illərlə dərman kimi istifadə edilmişdir. Pomidor şorbalarda, salatlarda, yeməklərdə istifadə edilir, suyu içilir. Pomidor suyu tərəvəzin ən qidalandırıcı formasıdır, sağlamlıq üçün bir çox faydası var. Pomidorun tərkibində olan likopen ən güclü antioksidandır, xərçəng də daxil olmaqla bir neçə xəstəliyin qarşısını alır. Bundan başqa 8 saatlıq müddətlə toxluq hissi yaradır. Xüsusilə oruc tutan şəxslər üçün pomidor suyu çox faydalıdır. sahurda pomidor suyu içilə bilər” deyib.
Pomidorun həzm sistemini möhkəmləndirdiyini vurğulayan Özyaral "Zəngin lif tərkibi yüngül işlətmə, öd istehsalını xəbərdar edərək qəbizlik, hədsiz şişkinlik kimi problemləri aradan qaldırır” deyib.
Pomidor suyunu hazırlanması üçün 6-7 böyük pomidor, 2 kərəviz sapı, 1 orta böyüklükdə soğan, 6-7 ədəd təzə sarımsaq, 2 ədəd qırmızı bibər, 1 çay qaşığı sumax, 2 yemək qaşığı şəkər, 1 çay qaşığı duz, 1 çay qaşığı qarabibər lazımdır.
Əvvəlcə bütün ləvazimatlar kiçik parçalar halında doğranılır və bir qarışdırıcı köməyi ilə parçalanır. Daha sonra yavaş-yavaş qarışdırılaraq orta temperaturda 20 dəqiqə qaynadılır. Soyuduqdan sonra bir qarışdırıcıya qoyularaq yaxşıca çəkilir.