Balla gicitkənin hər ikisi ayrı-ayrılıqda orqanizm üçün çox faydalıdır. Onların ikisi birləşdikdə onları faydalarını və şəfaverici xüsusiyyətlərini ikiqat artır. Ballı gicitkənin xəstəlikləri belə sıralaya bilərik.
Mütləq üyüdərək istehlak edilməsi lazım olan gicitkən toxumunun bal, doşab və ya qatıq ilə qarışdırılaraq bir çay qaşığı yeyilməsi təklif edilir. Bu qarışıq menstruasiya ağrılarını azaldır.
Qara ciyər, ağ ciyər, öd kisəsi, dalaq xəstəliklərində istifadə edilir.
Cinsi cəhətdən problem yaşayanlara gicitkən toxumu müsbət təsir göstərir. Qanı təmizləyən, qırmızı qan hüceyrəsi yeniləyib qan yaradan gicitkən toxumu cinsi istəksizlik yaşayanlarda afrodizyak təsiri göstərir.
Gicitkən çayı qadınlar üçün xüsusilə faydalıdır. Hamiləlikdən sonra qadınlarda yaranmış sinə sallanması problemini həll edir. Bunun üçün 14 gün ərzində ballı gicitkən çayı içmək məsləhət görülür.
Dəmir çatışmazlığından əziyyət çəkənlərə hər gün iki stəkan gicitkən çayı içmək təklif edilir. Gicitkən orqanizmin dəmir ehtiyacını ödəyir.
Qanda toplanmış toksinləri xaric edir.
Mədə pozğunluğu problemi yaşayan insanların da hər gün bir fincan gicitkən çayı içmək tövsiyə edilir. Bu bitki çayı həzmi asanlaşdırır, mədə ağrılarını aradan qaldırır.
Tərkibində bol miqdarda K vitamini olduğu üçün qan laxtalanmasının qarşısını alır.
Diş ətlərini və diblərinə müalicəedici effekt göstərir, mikroblardan təmizləyir