Qeydiyyat

Yatmazdan qabaq 1 qaşıq bal yeməyin 4 FAYDASI

961
Yatmazdan qabaq 1 qaşıq bal yeməyin 4 FAYDASI

Yatmazdan qabaq 1 qaşıq bal yeməyin 4 FAYDASI
Bal əsl sağlamlıq iksiridir. Qədim təbiblər balın köməyi ilə az qala bütün xəstəlikləri müalicə edirdilər.

Bal orqanizmə güclü profilaktik təsir etdiyi üçün qida mütəxəssisləri hər gün bir neçə qaşıq təbii bal yeməyi tövsiyə edirlər. Yatmazdan qabaq 1 çay qaşığı bal yemək də çox faydalı sayılır. Bunun bir neçə səbəbi var:

- Bal yuxusuzluqla mübarizədə kömək edir, sakitləşdirir. Ballı süd ən tanınmış və effektli təbii "yuxu dərmanı"dır.

- Piyləri əritməyə yardım edir. Elmi araşdırmalar göstərir ki, balın müntəzəm istehlakı piylərin yandırılmasını sürətləndirir.

Hətta xüsusi ballı pəhriz var ki, bu pəhrizdə şəkər tam olaraq balla əvəz olunur.

- Qaraciyəri yeniləyir. Bal qaraciyərin ən sevimli məhsullardan biridir. Balın təsirini artırmaq üçün balı balqabaq şirəsi ilə qarışdırıb içə bilərsiniz.

- İmmun sistemini möhkəmləndirir. Bildiyimiz kimi, insanın immun sistemi məhz yuxu zamanı daha fəal şəkildə çalışır. Bal isə immun sisteminə stimullaşdırıcı təsir edir.

Balı çobanyastığı və ya zəncəfil dəmləməsinə əlavə edib içə bilərsiniz. Çobanyastığı və zəncəfili də güclü immunstimullaşdırıcı təsirə malikdir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: