Almaniya millisinin və "Borussiya"nın (Dortmund) yarımmüdafiəçisi Marko Roys nəhayət sürücülük vəsiqəsi alıb.
2014-cü ildə yol hərəkət qaydalarını pozduğuna və sürət həddini aşdığına görə ard-arda cəzalanan alman futbolçunun Hollandiyaya məxsus saxta sürücülük vəsiqəsi işlətdiyi məlum olmuşdu. Bundan sonra 9 min avro məbləğində cəzalanan futbolçu məşqlərə komanda yoldaşlarının maşınında və ya taksiylə gəlirdi. Nəhayət, Roys sürücülük vəsiqəsi alıb. 540 min avro məbləğində cərimə ödəyən alman futbolçu sürücülük vəsiqəsi imtahanına girib. Həm test, həm də sürücülük praktikası imtahanlarından üzüağ çıxan Roys sürücülük vəsiqəsini almağı bacarıb. Alman futbolçu, bəlkə də, dünyanın ən bahalı sürücülük vəsiqəsinə sahib olub. Roys bu gün komandasının məşqinə öz maşınıyla gəlib.