Qeyri-adi düşüncə tərzi, qavrayışı, yaddaşı ilə hər kəsdən seçilən Vilyam Ceyms Sidis 18-19 aylığında artıq qəzet oxumağı bacarırdı. Daha sonralar çoxsaylı kitablar oxuyan azyaşlı 3 yaşında latın dilini öyrənməyə başladı.
Orta məktəbə yüksək hazırlıqla gedən uşaq orda da hər kəsi təəccübləndirdi. Bu səbəbdən də, Vilyam Ceyms Sidis birinci sinfi 1 gün, 2-ci sinfi bir neçə gün, 3-cü sinfi 3 ay, 4-cü sinfi bir həftə, 5-ci, 6-cı və 7-ci sinifləri 15 həftə sonra bitirdi.
8 yaşı tamam olmamış uşaq ingilis, fransız, rus, latın, yunan, yəhudi, alman dillərində sərbəst danışmağı bilirdi. Gündəlik mətbuatı izləyən Vilyam artıq anatomiya haqqında məqalələr yazırdı. Yaşının azlığına baxmayaraq intellektual sahədə böyük uğurlara imza atan uşaq tədricən mətbuatın müzakirə mövzusuna çevrildi. Onun haqqında yazılanlar “New York Time”ın manşet məqalələrinə çevrildi. Bütün bunlar isə ABŞ-ın nüfuzlu mətbu orqanının satışına təsir edirdi.
Vilyam 11 yaşında Harvard universitetinə qəbul edildi. Qəribə cəhət burasındadır ki, tələbə adının qazanmış bu gənc həm oxuyur, həm də 4 fənn üzrə dərs deyirdi. Onun mühazirələrində Harvard Universitetinin müəllimləri də iştirak edirdilər.
Universiteti 16 yaşında bitirən dahi 4 kitabın müəllifinə çevrildi. O, orta yaşlarında dünyanın 40 dilində sərbəst danışırdı. Lakin siyasətlə maraqlanması ona problemlər yaratdı. Marksın ideyalarını müdafiə edən gənc 1 may nümayişlərindən birində iştirakına görə həbs edildi. Ailəsinin imkanları sayəsində həbsdən azad edilən dahinin cəzası ev dustaqlığı ilə əvəzləndi.
Dini baxışları səbəbindən də mətbuatın diqqət mərkəzində olan Vilyam tənqidlərə görə jurnalistlərdən uzaqlaşmağı qərar aldı. Kütləri informasiya vasitələri bir müddət gündəmdən kənarda qalmış dahidən bir də beyin qansızmasından dünyasını dəyişəndə yazdılar.