Qeydiyyat

Dünyanın Gələcəyi ilə Bağlı Ən Dəhşətli Proqnozlar!

1 764
Dünyanın Gələcəyi ilə Bağlı Ən Dəhşətli Proqnozlar!


Ayrı-ayrı zamanlarda dünyanın, insanlığın gələcək taleyi ilə bağlı səsləndirilən ən dəhşətli proqnozların bir neçəsini təqdim edirik:

III Dünya Müharibəsi.
Alman görücüsü Alios İrmlayerin XXI əsrdə az qala bütün bəşəriyyətin nə zaman başlamasını gözləyən III Dünya Müharibəsi haqqındakı proqnozu dünyanın gələcək taleyinə kölgə salır. Qətiyyən ekstrasens kimi çalışmayan, sıravi alman vətəndaşı olan İrmlayer III Dünya Müharibəsinin mütləq olacağını və onun Orta Asiya regionundan başlayacağını qeyd edir. Onun sözlərinə görə, Orta Şərqdəki hadisələr III Dünya Müharibəsi üçün hazırlıq mərhələsi olacaq. Qeyd edək ki, İrmlayer bu proqnozu 1950-ci ildə verib. O zaman II Dünya Müharibəsindən məğlub ayrılan Almaniyanın sıravi bir vətəndaşının bu cür proqnozla çıxış etməsi hamını təəccübləndirirdi. Amma bu gün baş verənlərə diqqət etsək, görərik ki, hər şey onun dediyi ardıcıllıqla gedir.

ABŞ-ın faciəli məhvi.
XI əsrdə yaşayan Hildeqar Bilgen uzun əsrlərdəm sonra dünyada yeni bir dövlətin yaranacağını və uzun müddət əsas söz sahibi olacağını demişdi. Araşdırmaçılar onun proqnozunun ABŞ-la bağlı olduğunu yekdilliklə qəbul edirlər. Görücü daha sonra uzun əsrlər boyu dünyaya ağalıq edən həmin dövlətin heç kəsin gözləmədiyi bir anda məhv olacağını da əlavə edir. Onun gümanlarına əsasən, ABŞ dəhşətli təbiət hadisələri, daşqınlar, okeanlarda baş verən tektonik hadisələr nəticəsində məhv olacaq.

Hildeqard ABŞ-ın məhvindən sonra dünyada yenidən sülhün pərvəriş tapacağını bildirir. Onun sözlərinə görə, fransızlar dünyaya ağalığı ələ keçirəcək və bütün dünya sülh içindıə yaşayacaq.

İnsanlar yadplanetlilərlə bir yerdə yaşayacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı bir çox proqnozlar irəli sürən məşhur Vanqa insanlarla fəzalıların bir yerdə yaşaya bilmə ehtimalları da söyləyib. Vanqa proqnozlarının birində 4599 insanın ölümsüzlüyə düçar olunaraq başqa planetlərə aparılacağını və 100 ildən sonra yenidən Yer üzünə qaytarılacağını da söyləyib. Bəşəriyyətin gələcəyi ilə bağlı deyilən ən dəhşətli proqnozlardan sayılan bu iddiaya görə, həmin insanlar fəzalılarla bir araya gələrək yeni bir irq yaradacaqlar.

Nüvə silahı təhlükəsi. Dünya tarixinin ən güclü görücülərindən biri olan ingilis qadın Ursulanın bir çox proqnozları sonradan öz təsdiqini tapıb. Onun "elə bir vaxt gələcək ki, at olmadan hərəkət edə biləcək at arabalarını hazırlayacaqlar. Bunlar bütün dünyaya kədər və bədbəxtlik gətirəcək" proqnozunun batini mənasını araşdırmaçılar nüvə silahı ilə əlaqələndirir. Təbii ki, bir neçə əsr bundan əvvəl yaşayan savadsız bir qadın nüvə silahının nə olduğunu bilməzdi. Amma onun dediyi bəzi faciəvi əlamətləri yalnız nüvə silahı yarad bilər.
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: