Qeydiyyat

Azerbaycandaki ERMENI AILESI

2 922
Azerbaycandaki ERMENI AILESI

Sovet ordusu sıralarında Azərbaycan sərhədlərini qorumuş 44 yaşlı Sergey Stepanov Rusiya mətbuatına xidməti barədə maraqlı məlumat danışıb.

Senisevirem.az saytı xəbər verir ki,1992-ci ilin yanvarında Naxçıvanın Ermənistanla sərhəddində baş vermiş silahlı toqquşma zamanı yaralananş və sağ qolunu itirən Stepanov həmin hadisəni xatırlayıb.

41 yaşlı Sergey Stepanov əslən Rusiyanın Voronej vilayətinin Talovskoy rayonundandır. O hərbi xidmətə necə yollandığından danışıb.

“Hər şey 1990-cı ildə başladı. Yeni ilə bir neçə gün qalmış orduya çağrıldım. Sərhəd qoşunlarına göndərildim.

Dislokasiya yerinə göndərilməzdən qabaq bizə müqavilə imzalatdılar ki, hamımız dövlət sərhədlərini könüllü müdafiə etməyə yollanırıq”- deyə Sergey bildirib.

“Bu müqavilə ona görə vacib idi ki, Azərbaycanla Ermənistan arasında Qarabağ münaqişəsi qızışmışdı, biz isə Naxçıvanla sərhəddə yerləşməli idik.

Biz qorxu hiss etmirdik, əksinə sevinirdik. Axı bu prestijli idi, yaşıl beretlər, dağlıq peyzaj. Yalnız xidmət edəcəyimiz yerə çatanda anladıq ki, burda heç bir romatikaya yer yoxdu, hava qorxu və barıt iyi verir, hamı bronjiletdə gəzir və ətrafda çaxnaşmadı.

Xidmətimizin birinci ilində çətin idi - postlara hücumlar dayanmırdı. Ermənilər Dağlıq Qarabağda silahlı dəstələr yaratmışdılarr. O bölgəd də münaqişə qızışırdı.
Qoşunlarımızın yerləşdiyi əraziyə tərəflərin hücumları fasilə vermirdi. Onlar silah ovunda idilər, buna görə postda durmaqdansa, sərhəd reydi etmək daha təhlükəsiz idi..

1992-ci ilin əvvəllərində basqınlar çoxalır. Bu hadisələr adətən gecə vaxtı baş verirdi.

Yanvarın 13-ü axşam Sergey döyüş yoldaşları ilə yemək yeyirdi. Köhnə Yeni il axşamı əsgərlərin söhbəti komandirin qəfil səsi ilə kəsilir: “Kimsə posta hücum edir”. Çevik əsgərlər silah anbarına qaçırlar. Sergey hamını qabaqlayır və silahını götürərək posta doğru qaçır. Silahlı insident zamanı posta daxil olan erməni dəstələri ilə döyüşdə Sergey sol əlindən və sinasindən güllə yarası alır. Onu təcili Tbilisi xəstəxanasına çatdırırlar və 3 ay müalicə edirlər. Sonradan o, Moskvaətrafı bölgədə müalicə alır. Sergeyin əlini amputasiya etməli olurlar.

“Təzyiqim həddindən artıq aşağı düşmüşdü. Amma görünür o vaxt ölmək mənim qismətimə yazılmamışdı” – deyə Sergey bildirib.

Həmin hadisəyə görə Sovet Sərhəd Qoşunları onu “İgidliyə görə” medalı ilə təlfit edib.

“Proptez qoymaq istəyirdim, amma həkim dedi ki, bunun faydası olmayacaq – asılı qalacaq. Onsuz da indiki halıma öyrəşmişəm. Ev və həyət işlərini özüm edirəm. Yaxınlarda sürücülük vəsiqəsi də almışam”.

Sergey Mixayloviç Stepanov 1972-ci il iyulun 24-də Voronej vilayətinin Talov rayonundakı Şanino kəndində doğulub. Hazırda oğlu Şuriklə birlikdə Moskvada yaşayır.



Azerbaycandaki ERMENI AILESI


Azerbaycandaki ERMENI AILESI
Bolme: Xeberler
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: