Qeydiyyat

Əcəlin qarşısını nə ala bilər?

683
Əcəlin qarşısını nə ala bilər?


Quran və hədislərdən belə nəticəyə gəlmək olur ki, ölüm məhv və yox olmaq demək deyildir. Bir aləmdən başqa bir aləmə keçid etməkdir. İnsan bu köçmə zamanı kamala çatar.

Yəni bu hərəkətə görə ona ziyan dəyməz və heç nə ondan azalmaz. Əslində bu hərəkət zamanı ancaq tərəqqi edər və kamala çatar.

Quran buyurur: "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış cənnətə doğru tələsin". ("Ali-İmran" 133).

O zaman ki, körpə ana bətnində olur, ona dünyanı anlatmaq mümkün deyildir. Ona Günəşi, Ayı, ulduzları başa salmaq olmur. Axirətin həqiqətini dərk etmək də bizim üçün bu qədər çətindir.

Onu ancaq az bir şəkildə təsəvvür etmək mümkündür. Çünki nə günəşi bu dünyanın günəşi kimidir, nə də səması bu dünya kimidir. Nə suyu və nə də yeməyi. Orada cavidan həyat var.

"Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq". ("Əhqaf" 3).

Quranın bir çox ayələrində oxuyuruq ki, bu dünyada olan hər bir şeyin əcəli vardır. Əcəl, yəni müəyyən müddət. Ona görə də ölümə əcəl deyirlər. Əcəl iki cürdür: qeyri-müəyyən əcəl və qəti əcəl.

Qəti əcəl Allah yanında müəyyən olmuş əcəldir və mütləq həyata keçər. Lakin qeyri-müəyyən əcəlin həyata keçib-keçməməsi hansısa bir işdən asılı olar. Əgər həmin işi görərsə, əcəli həyata keçər və yaxud yubanar.

Quran bu haqda buyurur: "Peyğəmbərləri onlara dedilər: "Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır". ("İbrahim" 10).

Qeyri-müəyyən əcəli uzaqlaşdıra bilən amillər:

1. Günahı tərk etmək. İmam Sadiq (ə) buyurur: "İnsanlar ən çox (təbii) əcəlləri ilə ölmək yerinə, günahlarının təsiri nəticəsində ölürlər".

2. Sədəqə. İmam Əli (ə) buyurur: "Sədəqə verərək ömürlər uzanar".

3. Sileyi-rəhm. İmam Rza (ə) buyurur: "Biz ömrün uzanması üçün sileyi-rəhmdən başqa vasitə tanımırıq. Əgər insanın ömrünə 3 il qalarsa, ancaq sileyi-rəhminə görə Allah o qalmış ilə 30 il də əlavə edər".

İmam Sadiq (ə) buyurur: "Bəzən insan günah edir və yaxşı əməllərdən biri olan gecə namazından qalır, bilin ki, pis iş insanın məhv olmasında bıçağın ətə təsir etməsindən daha sürətlidir".

Ona görə də deyə bilərik ki, günahı tərk etmək, infaq və sileyi-rəhm ömrümüzü uzada bilər və qeyri-müəyyən əcələ mane ola bilər.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: