Qeydiyyat

Oğrunu düz yola hidayət edən ayə

120
Oğrunu düz yola hidayət edən ayə


Fəzil adlı bir ərəbin əsl işi oğurluq idi. Ticarət karvanları onun əlindən xilas ola bilmirdilər. Yolu bağlayıb, karvanları soyardı.

Bir gecə evlərin damına çıxdı ki, oğurluq etsin və o zaman insanların bir çoxu yatmışdı. Möminlərdən biri ibadətlə məşğul idi və Quran oxuyurdu. O, həzin bir səslə bu ayəni tilavət edirdi: "İman əhli üçün o vaxt gəlib çatmamışdır ki, qəlbləri Allahı yada salmaq və nazil olmuş Quran üçün yumşalsın və təvazökar olsun".

Bu ayəni eşidən zaman Fəzilin daxilində bir inqilab baş verdi və elə həmin damdan Allaha belə xitab etdi: "Əgər mənə deyirsənsə, niyə vaxtı çatmışdır". Damdan yerə düşdü və hərəkət etdi.

Səhərə yaxın elə bir yerə çatdı ki, karvan yükünü yerə tökmüşdü. Karvan rəhbəri qafilə əhlini yavaş-yavaş çağırırdı ki, durun yüklərinizi yükləyin.

Məbada Fəzilin hücumuna məruz qalıb, maldan olasınız. Fəzil ağlar səslə karvan başçısını səslədi və dedi: "Karvan başçısı, qafiləni qorxutma. Qorxuduğunuz o iti keçən gecənin yarısı bağladılar və insanlar onun şərindən xilas oldular".

O, karvan sahiblərinə oğurladılqlarını qaytardı və ürfan əhlindən oldu. Arif şagirdlər tərbiyə etdi və özündən sonra nurani sözlər yadigar qoyub getdi.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: