Qeydiyyat

Ən güclü dərmanı da xırda bir şeylə heçə endirmək olar

160


Nəql edirlər ki, bir gün qəssabın gözləri ağrımağa başlayır və içərisi çox qızarır. O yerə qədər ki, heç nəyi görməz olur. Qəssab çarəsiz dükanını bağlayır və həkimin sorağına gedir.

Həkim də qəssabın köhnə dostlarından idi. Onu görən kimi halını soruşur və deyir: "Allah xeyir etsin, bu tərəflərə niyə gəlmisən?".

Qəssab deyir: "İki gündür ki, gözüm ağrıyır və qaşınır. Bu gün o qədər qaşındı ki, heç ayağımın altını belə görmürəm. Gəlmişəm ki, mənə çarə tapasınız. Həm ağrım azalsın və həm də görə bilim".

Həkim ayağa qalxdı və hansısa məhlulları bir-biri ilə qarışdırıb, şüşəyə tökdü. Sonra qəssaba verib, dedi: "Hər gün üç dəfə hər gözünə bu məhluldan iki damcı tökərsən".

Qəssab təşəkkür edib, evinə getdi.

Qəssab bir həftə həkimin dediklərini etdi, ancaq güclü təsir qoymadı.

Görməsi bir az düzəlsə də, qaşınması keçmirdi. Qəssab yenə həkimin yanına getdi və dedi: "Dostum, mənə verdiyin bu dərmanın təsiri çox zəifdir. Gözüm hələ də ağrıyır".

Bu zaman həkim kitablarını açıb oxudu və bir neçə bitkini dəmləyib, yeni dərman hazırladı. Onu da şüşəyə töküb, qəssaba verdi. Dedi: "Bu dərmanı da o biri dərman kimi istifadə et, yəqin ki, xeyrini görərsən".

Qəssab bu dərmandan` da iki həftə istifadə etdi, ancaq yenə də gözü tam düzəlmədi.

Dostları ona məsləhət gördülər ki, başqa həkimə müraciət etsin. O, oğlunu da götürüb həmin həkimin yanına getdi. O, gözünü həkimə göstərdi və o biri həkimin verdiyi dərmanı da ona verib dedi: "Bu, elə dərmandır ki, nə gözü kor edir, nə də ona şəfa verir".

Həkim həmin dərmanı alıb iyləyir. Sonra üzünü qəssaba çevirib deyir: "Bu dərmandan necə istifadə edirdin?".

Deyir: "Gündə üç dəfə həm evdə, həm işdə iki damcı gözlərimə tökürdüm".

Həkim deyir: "Ey qəssab! Sizin həkim ən yaxşı dərmanı düzəldibdir, sadəcə bir şey deməyi unudubdur ki, çirkli əli gözə vurmaq olmaz.

Yaxşı olar ki, bir həftə evdə yatasan və gözlərini də təmiz parça ilə bağlayasan".

Sonra ona düzəltdiyi dərmanı verdi və yola saldı. Qəssab da təşəkkür edib, evinə qayıtdı. Bir həftə həmin həkimin dediklərini etdi. Gözlərini təmiz parça ilə bağladı, dərmanı tökməzdən əvvəl əllərini yudu. Bir həftə sonra tamamilə sağalmış halda işinə geri döndü.

Başa düşdü ki, ən güclü dərmanı da xırda görünən bir şeylə, məsələn, çirkli əllə heçə endirmək olar.

İnsanın ruhu da belədir...

Bir müddət sonra dostu olan həkim ət almaq üçün onun dükanına gəlir.

Onu sağlam halda görəndə deyir: "Allaha şükür ki, mənim dərmanlarım sənə yaxşı təsir etmişdir".

Qəssab utanır ona deməyə ki, başqa həkimin tövsiyələri ilə sağaldı. Qəlbini sındırmaq istəmir. Gülümsəyib deyir: "Hə, üstəlik böyük həyat dərsi də aldım".
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: