Qeydiyyat

İnsan elmi furqana yiyələnsə, şühud qabiliyyəti də açılar

461


İnsan elmi furqana yiyələnsə, şühud qabiliyyəti də açılar


"Furqan" sözünün 2 mənası vardır: biri Quran mənasından işlənir ki, xarici furqan hesab olunur və o biri məna isə elmi güc və elm meyldir ki, həmin daxili furqan adlanır. (Tebyan)
Quran - xalis haqdır. "(Bu Qur'anı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır)". ("İsra" 105).
Bəzi ayələrdə Quran Furqan adı ilə adlandırılmışdır. O cümlədən:
شَهْرُ رَمَضَانَ الَّذِيَ أُنزِلَ فِيهِ الْقُرْآنُ هُدًى لِّلنَّاسِ وَبَيِّنَاتٍ مِّنَ الْهُدَى وَالْفُرْقَانِ "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur'anın nazil olduğu bir aydır...". ("Bəqərə" 185).
"Bundan öncə, insanları hidayət etmək üçün! Və Furqanı (haqq ilə batili bir-birindən ayıran digər səma kitablarını) nazil etdi". ("Ali-İmran" 4).
"Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Qur'anı)aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir". ("Furqan" 1).
Furqan sözünün mənası - "o şey ki, onunla haqq batildən ayrılar" deməkdir. Quran haqla batili bir-birindən ayırd etdiyinə görə o, belə adlandırılmışdır. Ona görə də Quran Bədr döyüşünü iman cəbhəsi ilə şirk cəbhəsini bir-birindən ayırdığı üçün Yəvmul-furqan adlandırmışdı. "Əgər Allaha və (haqqın batildən) ayrılıq günü - o iki dəstənin(müsəlmanlarla müşriklərin Bədr müharibəsində) toqquşduğu gün Öz bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə". ("Ənfal" 41).
Sübhan Allah öz kəlamlarını furqan adlandırır. "Furqanı (haqq ilə batili bir-birindən ayıran, ayə və surələri bir-birindən ayrı olan Qur'anı) aləmdəkilərin hamısını (kökləri kəsilənədək bütün insan və cinləri) qorxutmaq üçün bəndəsinə tədricən nazil edən (Allah) uca, əbədi və çox bərəkətlidir". ("Furqan" 1).
Allah Təala daxili furqan haqqında buyurur: "Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur'anın nazil olduğu bir aydır". ("Bəqərə" 185). Yəni, Ramazan ayında Furqan nazil edildi ki, insanlar haqla batili bir-birindən ayırıb hidayət ola bilsinlər.
İnsan elmi furqan vasitəsilə həm əqli cəhətdən ayırd etmək qabiliyyətinə malik olur və məsələləri yaxşı dərk edir və həm də şühud cəhətdən bəsirət gözü açılır. Əvvəl yuxuda, sonra isə oyaq vaxtı. Elə həqiqətləri görər ki, başqaları onu görməkdən məhrumdurlar.
Elmi furqanın səmərəsi budur ki, belə bir alim haqla batili bir-birindən ayırd edə bilir. Əgər bildiklərinə əməl etsə əməli, furqan ona əta olunar.
Əməli furqan dedikdə isə, insanın qəlbən haqqa meyl etməsi və günahdan qaçmasıdır. Qurana yaxın olmaq və maarifindən agah olmaq səbəb olar ki, insan günahın çirkinliyi görsün. Günahın pis iyini hiss etsin. Bu zaman insan təqva yolunda qərar tutar. Allah ona haqla batili ayırd edən furqanı əta edər.
Bolme: Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: