Qeydiyyat

Cəhənnəmin 7 qapısının üzərində nə yazılıb?

149


Cəhənnəmin yeddi qapısı vardır ki, onların üzərinə bu sözlər yazılmışdır.

1. "O kəs ki, Allaha ümid bəsləyər - səadətli olar. O kəs ki, Allahdan qorxar - amandadır. Ölmüş və aldanmış fani o kəsdir ki, Allahdan qeyrisinə ümid bəsləyər və Allahdan qeyrisindən qorxar".

2. "O kəs ki, Qiyamət günü paltarsız məhşur olmaq istəyimirsə, dünyada paltarsızı geyindirsin. O kəs ki, Qiyamət günü susuz məhşur olmaq istəmirsə, dünyada susuzları sirab etsin. O kəs ki, Qiyamət günü ac məhşur olmaq istəmirsə, dünyada ac qarınları doyuzdursun".

3. "Allahın nifrini yalançılara olsun, Allahın nifrini simiclərə olsun, Allahın nifrini zalımlara olsun".

4. "Allah xar və zəlil etsin o kəsi ki, İslamı təhqir edər. Allah xar və zəlil etsin o kəsi ki, Peyğəmbərin (s) Əhli-beytini (ə) təhqir edər. Allah xar və zəlil etsin o kəsi ki, zalımlara Allah bəndələrinə zülm etməkdə kömək edər".

5. "Havayi-nəfsinin ardınca getmə ki, imanın əksinədir. Yersiz işlər haqqında çox danışma ki, səni İlahi rəhmətdən uzaq edər. Zalımlara kömək etmə".

6. "Mən (cəhənnəm) Allah yolunda səy edənlər, sədəqə verənlər, oruc tutanlar üçün haramam".

7. "Hesabınıza baxılmamışdan əvvəl özünüz hesabınıza baxın. Danlanmamışdan qabaq özünüz-özünüzü danlayın. Allaha Təalaya qovuşmamışdan qabaq Onu çağırın".

Göründüyü kimi behiştin qapısında yazılan üç şəhadət ("Lə iləhə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah") cəhənnəm qapılarının heç birinin üzərində yazılmamışdır.

Bu da onu göstərir ki, bu üç şəhadət İslam dininin əsasıdır. Heç bir zaman bir-birindən ayrılmaz. Hər kim Allahın rəhmətinə şamil olub behiştə düşmək istəyirsə gərək bu üç şəhadətə etiqad bəsləsin və sabitqədəm olsun.

İbni Abbas Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Behiştin halqası qırmızı yaqutdandır ki, qızıl səhifələrin üzərinə döyülər.

O zaman ki, halqanı həmin səhifəyə vurarlar, səs çıxardıb deyər: "Ya Əli!". Ona görə "Ya Əli" deyər ki, behiştin sahibi və qonaq qarşılayanı vilayət məqamıdır ki, İmam Əli (ə) onun kamil nümunəsidir".
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: