Qeydiyyat

Əgər kimsə ruzisinin artmasını, əcəlinin təxirə düşməsini istəyirsə - sileyi-rəhm etsin

337


Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala buyurur: "Mən Rəhmanam. Rəhm sözünü də öz adımdan götürmüşəm. Hər kim sileyi-rəhm edər və qohumları ilə əlaqə saxlayar, Məni onu rəhmətimlə siləh edəcəyəm. Hər kim rəhmi qət edər, Mən rəhmətimi ondan qət edəcəyəm".

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətimdən o kəslər ki, hazırdırlar və o kəslər ki, hazır deyildirlər və o kəslər ki, atalarının belindən və analarının rəhmindən Qiyamət gününə qədər dünyaya gələrlər - tövsiyə edirəm ki, sileyi-rəhm etsinlər. Baxmayaraq ki, qohumları ilə fasiləsi bir il yol qədər olsa belə. Çünki sileyi-rəhm - dinin mühüm məsələlərindəndir".

İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm və qardaşlarına yaxşılıq etmək - Qiyamət günü hesabı asanlaşdırar. Hər ikisi insanı günahdan qoruyar. Ona görə də siz qohumlarınızla sileyi-rəhm edin və qardaşlarınıza yaxşılıq edin. Hətta əgər yaxşı salam vermək və yaxşı cavab verməklə olsa belə".

Bir nəfər Həzrət Peyğəmbərin (s) yanına gəlir və deyir: "Ya Rəsulallah! Mənim qohumlarım vardır ki, onları sileyi-rəhm edirəm.

Ancaq onlar mənə əziyyət verirlər, istəyirəm ki, bu işi tərk edim". Həzrət (s) buyurur: "Bu zaman Allah hər ikinizi də tərk edəcəkdir". Yəni, Allah öz feyz və lütfünü sizdən alacaqdır.

Qurani-Kərim buyurur: "Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar". ("Rəd" 21).

İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm et, hətta əgər su şərbəti ilə olsa belə". Ən yaxşı sileyir-rəhm - qohumlara əziyyət verməməkdir.

Əmirəl-möminin (ə) buyurur: "Sileyi-rəhm dahi və kərim nəfsə malik olan insanların xasiyyətidir".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Sileyi-rəhm sevgi gətirər. Düşmənin xar və zəlil olmasına səbəb olar".

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kimin Allaha və Qiyamət gününə imanı vardır, sileyi-rəhm etsin". Yəni qohumlarını sevsin və onlara lazım olan diqqəti göstərsin.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Əgər kimsə ruzisinin artmasını, əcəlinin təxirə düşməsini istəyirsə - sileyi-rəhm etsin".
Bolme: Maraqli / Islam
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: