Qeydiyyat

Dərini gözəlləşdirən qidalar

125


Aşağıda adları qeyd olunan qidaları davamlı olaraq qəbul etmək insan dərisinin gözəlləşməsinə səbəb olur.
1. Kətan toxumu
Kətan toxumunun tərkibi omeqa-3 yağı ilə zəngindir. Hər gün kətan toxumu yemək dərini gəncləşdirir, dəri xəstəliklərini sağaldır və insanı yaşından cavan göstərir.
2. Qırmızı rəngli meyvələr
Dərinizin gənc və təravətli olmasını istəyirsinizsə, o zaman hər gün qırmızı rəngdə olan meyvələrdən yeyin. Ən çox isə yabanı yemişan, çiyələk və böyürtkən yemək dərinin gözəlləşməsinə səbəb olur.
3. Günəbaxan yağı
Günəbaxan yağı E vitamini ilə zəngindir. Orqanizmdə E vitaminin normal miqdarda olması isə dərinin gün şüalarından qorunması deməkdir. Mütəxəssislər yulaf əzməsi ilə günəbaxan yağı qarışımından hazırlanan maskanın üz dərisi üçün faydalı olduğunu qeyd edirlər. Bu maskadan istifadə edərkən isə diqqətli olmaq lazımdır, çünki normadan çox tətbiq edilməsi dərinin yağlanmasına səbəb ola bilər.
4. Şokolad
Şokolad insan dərisi üçün çox faydalıdır. Şokolad nəinki insan orqanizmi üçün faydalı sayılır, o hətta dərinin gözəl görünməsi üçün də lazımlı qidalardan hesab edilir. Keyfiyyətli və normasında qəbul edilən şokolad dəri sızanaqlarının əmələ gəlməsinə səbəb olmur.
5. Şirin kartof
Şirin kartofun tərkibi A və C vitaminləri ilə zəngindir. Onun suyunu dəriyə sürtmək dərinin gözəlləşməsinə səbəb olur.
6. Pomidor
Pomidor öz antioksidant tərkibi ilə dərini gözəlləşdirir.
7. Qatıq
Davamlı olaraq dəriyə yağlı qatıq sürtmək qırışların aradan qalxmasına səbəb olur.
8. Qırmızı bibər
Hər gün bir ədəd qırmızı bibər yemək gündəlik C və B6 vitamininə olan ehtiyacın ödənməsinə səbəb olur.
9. Somon balığı
Bu balıq ətinin tərkibi D vitamini ilə zəngindir. Hər gün bir tikə somon balığı yemək dəri, ürək və beyin üçün çox faydalıdır.
10. İspanaq
İspanağın tərkibi E, A vitaminləri, fol turşusu, maqnezium və s. zəngindir. Bəzi cild problemləri yaşayanlara davamlı olaraq ispanaq yemək məsləhət görülür.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: