Qeydiyyat

Qırışlar əleyhinə effektli bitki yağları

369


Dəri əvvəlki təravətini və gözəlliyini 30 yaşdan sonra itirməyə başlayır. Çox iş, az yuxu və ya qeyri-sağlam qidalanma öz mənfi təsirini ilk növbədə dəri üzərində göstərir. Bu səbəbdən qadınların çoxu gəncliyini qorumaq üçün bu yaşdan sonra estetik əməliyyatlara üz tutur.

Təəssüf ki, estetik əməliyyatlar hər zaman uğurlu alınmır. Bəs dərinin qocalma prosesini estetik əməliyyatsız necə dayandırmalı?

Təbii yağlar kosmetologiyada qırışlar əleyhinə vasitələr kimi istifadə edilir.

30 yaşdan sonra qadınlar üçün faydalı olan təbii bitki yağlarının faydalarını təqdim edir:

Kətan yağı - faydalı olmasına görə ona "qadın yağı" da deyilir. Kətan yağı maddələr mübadiləsini normallaşdırır, arıqlamağa kömək edir, hormonal fonu bərpa edir, menstruasiya ağrılarını azaldır.

Kətan yağı öz bioloji xüsusiyyətlərinə görə, digər bitki yağları arasında birinci yeri tutur. Onun tərkibi orqanizm üçün F, A, E, B, K vitaminləri, omeqa 3 və omeqa 6 kimi doymamış yağ turşuları mənbəyidir.

Diyetoloqlar kətan yağını arıqlamaq üçün qəbul etməyi məsləhət görürlər. O, öz təsirini elə ilk dəfə qəbul edəndən sonra göstərir. Bunun üçün hər səhər 1 çay qaşığı kətan yağı için, günortalar salatlara vurub yeyin. Dəriniz çox həssasdırsa, üzünüzə də sürtə bilərsiniz.


Kakao yağı - dəri sallanması üçün əla profilaktikadır. Bədənə qulluq, eyni zamanda göz ətrafı dəri üçün unikal vasitədir. Yağın tərkibində doymuş və doymamış yağ turşuları var. Onun tərkibindəki stearin, olein turşuları dərinin gəncliyini qorumasında mühüm rol oynayır. Kakao yağı dərini nəmləndirməkdə, qocalma prosesini ləngitmək və qırışları aradan götürməkdə bir nömrəli vasitədir. Yağ dəriyə çox tez hopur və onu mükəmməl şəkildə nəmləndirir. Bu xüsusiyyətinə görə, quru dərilər üçün daha uyğundur. Kakao yağının əsas üstünlüyü sellülit ilə mübarizə aparmasıdır.

İtburnu yağı - plastik əməliyyat funksiyasını yerinə yetirir. Lakin burada cərrah və onun iti uclu ləvazimatları olmur.

Bu yağda C və E vitaminləri kollagenlərin sintezini stimullaşdırır. Daxilə qəbul etdikdə dəri öz-özünə cavanlaşır. İtburnu yağı nazik boyun dərisinin qocalmasını əngəlləyir. Hər cür qocalma əlamətlərinə və ləkələrə müharibə elan edir.
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: