Qeydiyyat

İnsan elm öyrənmədən necə alim ola bilər?

128


Zöhd lüğətdə rəğbətsizlik və etinasızlıq deməkdir. Ancaq İslam maarifinə görə zöhd, yəni zahidlik - meyilsizliyin xüsusi növünə aid edilir.

O meyilsizlik həmin o əməllərə qarşıdır ki, onu təkamül etməyə qoymur və yolunu bağlayır. Zöhd təqvadan daha üstün mərtəbədir. Çünki insan o zaman zahid olar ki, təvqanın ən pik nöqtəsinə çata bilsin. Ona görə də hər ikisi də eyni kökdəndirlər.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünyaya rəğbət göstərər və nəticədə arzularını uzun edər - Allah qəlbini dünyaya rəğbət göstərdiyi ölçüsündə kor edər. Hər kim dünyaya qarşı zahid olar, nəticədə arzuları qısa olar. Allah ona öyrənmədən (yəni kimsə ona öyrətmədən) elm və yol göstərilmədən (yol göstərən olmadan) hidayət əta edər. Korluğu ondan aradan aparar və (ağıl gözünü) görən edər".

Bir gün Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: "Sizlərdən kimsə vardırmı ki, Allah ona öyrənmədən elm əta etsin və yol göstərən olmadan hidayət olsun?

Sizlərdən kimsə vardırmı ki, istəyir Allah ürək korluğunu aradan aparsın?

Ağıl gözü görən olsun? Agah olun! Hər kim dünyaya zöhd edər və arzularını qısa edər, Allah ona təlimsiz elm əta edər, hidayətçiyə ehtiyac olmadan hidayət edər".

İmam Əli (ə) zöhd barəsində buyurur: "O kəs ki, dünyaya qarşı rəğbətsiz olar və zillətindən taqətsizlik etməz, izzətə meyil edər - Allah yol göstərən olmadan onu hidayət edər və öyrənmədən ona elm verər. Hikməti qəlbində qeyd edər və dilinə axıdar".

Hər kim zöhdün ən üstün mərtəbəsinə çatarsa, Peyğəmbərin (s) də buyurduğu kimi İlahi mələkləri görər və onlara əl verər.
Bolme: Islam / Maraqli
Fikirler (0)
Fikir Yaz
Прокомментировать
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
{sec_codee}
Oxsar Xeberler: